Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT ŞOK KADR İSLAHATI ASTANASINDA

HAKİMİYYƏT ŞOK KADR İSLAHATI ASTANASINDA


3-06-2013, 10:59
HAKİMİYYƏT ŞOK KADR İSLAHATI ASTANASINDA
QƏRBƏ İSMARIC ÜNVANLANACAQ: RƏSMİ BAKI İSLAHATÇI İMİCİNİN PEŞİNDƏ

DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, hakimiyyət iki naziri ilə yollarını ayırmağa qərar verib. Bununla bağlı redaksiyamız yeni bilgilər əldə edib. Mötəbərliliyi şübhə doğurmayan qaynaqlardan DİA.AZ-a sızan informasiyaya görə, iqtidar düşərgəsi yaxın iki ayda Qərbə özünün islahatçı imicini sübutlamaq üçün iki mühüm postda, eyni zamanda bir neçə mühüm dövlət strukturunda çox ciddi kadr islahatı həyata keçirmək niyyətindədir.

Mənbəmiz bildirir ki, əslində bu islahatlar hakimiyyətin ənənəvi mahiyyətinin təzahürü kimi də qəbul oluna bilər: «Hər seçki prosesindən öncə və sonra bu kimi islahatlar həyata keçirilir. Hətta həbslərə də şahidlik etmişik. Bu dəfə də həbslər ola bilər. Necə ki, 2005-ci ilin parlament seçkilərindən əvvəl YAP iqtidarı mahiyyət dəyişkənliyinə uğradı və hakimiyyətiçi balansın dəyişməsi səbəbindən o zamanlar iqtidarın nüfuzlu simaları hesab olunan keçmiş səhiyyə və iqtisadi inkişaf nazirləri həbsə atıldı, eləcə də bu seçki ərəfəsində də hakimiyyət mahiyyət dəyişikliyi astanasındadır».

Mənbəmiz bildirir ki, konkret olaraq 2 nazir yenə də vəzifəsindən alınacaq: «Prezident Administrasiyası və Nazirlər Kabinetin daxilində isə şok islahatlar həyata keçiriləcək. Lakin əsas hadisələr builki prezident seçkilərinin ardından baş verəcək. Hakimiyyət seçki prosesinə səs-küylə girib, prosesi səs-küylə də başa verməyi planlaşdırır. Lakin əsas hadisələrin seçkidən sonraya saxlanılması hazırda ümumiqtidar maraqlarının təhdid altında olması ilə əlaqədardır».

Mənbəmizə görə, rəsmi Bakı bu gün Qərblə sıx əlaqələrdə olmaqla yanaşı, çox ciddi müzakirələrə də cəlb olunub: «Bu gün dünyanın kimlər tərəfindən, hansı maliyyə və siyasi çevrələr tərəfindən yönəldildiyi məlumdur. Onlara da hazırki Bakının siması sərf etmədiyindən dəyişiklik zəruridir. Amma bu dəyişikliyin zamanı da çox pis seçildiyindən rəsmi Bakı makismum ehtiyatlı olmaq məcburiyyətindədir».

Geri qayıt