Əsas Səhifə > Hadisə > BAKIDA GƏNC QADIN VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ
BAKIDA GƏNC QADIN VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ3-06-2013, 10:49 |
ONU XƏSTƏXANAYA YERLƏŞDİRİBLƏR Ötən gün saat 17:00 radələrində Bakının Xəzər rayonu ərazisindəki dəmiryol stansiyasında 31 yaşlı qadını vəhşicəsinə döyüblər. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Zirə-Dübəndi stansiyasında baş verib. Belə ki, 1982-ci il təvəllüdlü Vəsilə Cəfərova möhkəm döyülüb. Qadın kəllə-beyin travması alıb. Onu xəstəxanaya yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |