Əsas Səhifə > Gündəm, Manşet > LAÇININ KEÇMİŞ İCRA BAŞÇISINI KİMLƏR HİMAYƏ EDİR?

LAÇININ KEÇMİŞ İCRA BAŞÇISINI KİMLƏR HİMAYƏ EDİR?


3-06-2013, 10:03
LAÇININ KEÇMİŞ İCRA BAŞÇISINI KİMLƏR HİMAYƏ EDİR?
ŞİKAYƏTÇİ VƏTƏNDAŞA “DAYANMASAN, SƏNİ HƏBS EDƏCƏKLƏR” DEYİLİB

DİA.AZ: - Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün düşmüş Baxışov Müqabil Baxış oğlu redaksiyamıza daha bir şikayət məktubu ünvanlayıb. DİA.AZ-a daxil olan məktubda deyilir:

“Başıma gətirilənlərlə bağlı sizin internet portalımızda müraciətlərim dərc olunduqdan sonra bəzi dövlət orqanlarının rəhbərləri mənə bildirdilər ki, həm Laçın Rayon İHA-nın sabiq Başçısı R.Cəbrayılovun, həm də Ağcabədi Rayon Məhkəməsinin sədri X.Fərhadovun Prezident Admistrasiyasındakı himayədarları məndən narazı qalıb. Bunun üçün də mətbuat orqanlarına olan müraciətlərimi dayandırmalıyam.

Əgər belə yazıların dərc olunarsa, yenidən həbs təhlükəsi yaxınlaşacaq. Hətta bir rayonun seçki dairəsinin sədri israrla mənə bildirir ki, mən Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadovla söhbət etmişəm. X.Fərhadov bildirir ki, M.Baxışovun atası Baxışov Baxışdan aldığımız 30 000 (otuz min) manat pulun 6000 (altı min) manatını Baş Prokurorluqa vermişik. Əgər M.Baxışov həmin pulu da tələb etsə, onda Baş Prokurorluq M.Baxışovun evindən tank tapıb həbs edəcək. Bunun üçün də bu işdən vaz keçmək vacibdir.

Xatırladıram ki, atam Baxışov Baxışdan rüşvət qismində alınmış 40 000 (qırx min) manat pulun 24 000 (iyirmi dörd) min manatını Azərbaycan respublikasının Prezidenti İ.Əliyev cənablarının 12 fevral 2013-cü il tarixli nitqindən sonra Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadov bizə qaytarıb. Lakin Ağcabədi RPŞ-nın müstəntiqi Y.İsgəndərova verilmiş 10 000 (on min) manatın bir qəpiyini də ala bilməmişik.

Mən R.Cəbrayılovun Prezident Admistrasiyasındakı, DİN-dəki və Baş Prokurorluqdakı himayədarlarının adlarını eşitdiyim üçün qorxu altında yaşayıram. Allah özü köməyimiz olsun. Amin”.

Geri qayıt