Əsas Səhifə > Siyasət, Manşet > "RAMİZ MEHDİYEVİN ÖZ MƏTBUATINA TƏŞƏKKÜRÜ"...
"RAMİZ MEHDİYEVİN ÖZ MƏTBUATINA TƏŞƏKKÜRÜ"...1-06-2013, 12:12 |
JURNALİSTLƏR ÜÇÜN TİKİLƏN EVLƏRİN MƏSƏLƏSİ BAŞAĞRISINA ÇEVRİLİR DİA.AZ: - Son günlər prezident İlham Əliyevin ayırdığı 5 milyon manat vəsait hesabına ərsəyə gələn jurnalistlər üçün binadan mənzillərin paylanılması məsələsi böyük ajiotajla cərəyan etməkdədir. Artıq bu prosesdə də ciddi bazarlığın aparılması və konkret olaraq Prezident Administrasyiasındakı mətbu şəbəkənin hər şeyi nəzarəti altında saxlayaraq, əslində MƏTBUATIN DEYİL, yalnız özünə aid jurnalist çevrəsini mükafatlandırma təşəbbüsləri aşkar surətdə hiss olunandır. Bununla bağlı DİA.AZ olaraq apardığımız araşdırmalar da təsdiqləyir ki, mənzillərdən alnız müəyyən qismi müstəqil mətbuat üçün nəzərdə tutulub ki, bu da PA-nın mətbuatda bağlı yürütdüyü ənənəvi siyasətinə sədaqətin davamıdır. Yəni necə ki KİVDF-nin xətti ilə «mətbuata yardım» adı altında dövlətin ayırdığı pullar bir-iki müxalif və müstəqil qəzetə də verilməklə, öz adamları arasında paylaşdırılırdı, indi də eyni metoddan istifadə olunacaq. Bildirək ki, artıq həmin binadan telekanal əməkdaşları üçün də evlərin ayrılacağı məlum olub. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, yalnız ATV, LİDER, SPACE və ANS-in əməkdaşlarına bu məsələdə pay ayrılıb ki, onların da hər birinə 2 ev veriləcək. İTV və AzTV-yə aid şəbəkəyə isə ev verilməyəcək. Çünki İTV-nin rəhbərliyi artıq bir müddətdir ki, öz əməkdaşları üçün yaşayış binası inşa etdirməkdədir, AzTV-nin isə ayrıca mənzil proseduru mövcuddur. Bununla bağlı DİA.AZ-a danışan mənbə bildirdi ki, əslində jurnalistlər üçün nəzərdə tutulan evlərin bu şəkildə paylaşdırılması hələ də ənənəvi Mehdiyev hökmranlığının təzahürü kimi qəbul olunmalıdır: «Yəni bu fakt da sübutlayır ki, hələ də mətbuatla bağlı siyasətə Ramiz Mehdiyevin gözlüyündən yanaşma var. Bu da baş verəcək hadisənin «DÖVLƏTİN MƏTBUATA QAYĞISI» yox, «RAMİZ MEHDİYEVİN ÖZ MƏTBUATINA TƏŞƏKKÜRÜ» kimi qəbul edilməsinə gətirib çıxaracaq». Geri qayıt |