Əsas Səhifə > Güney Press / Manşet > SEÇKİSONRASI DƏYİŞİKLİKLƏRƏ TƏDARÜK GÖRÜLÜR
SEÇKİSONRASI DƏYİŞİKLİKLƏRƏ TƏDARÜK GÖRÜLÜR31-05-2013, 16:32 |
![]() DİA.AZ: - Masallı, Gəncə, Goranboy, Ağstafa, Xaçmaz, Lerik və Bakının Qaradağ və Xətai rayonlarının icra başçıları yaxın günlərdə vəzifələrindən alınacaqlar. Bu şok məlumatı DİA.AZ-a verən Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərinə görə, hətta bəzi icra başçılarının öz postlarında yeni olmaları belə heç nəyi dəyişmir. Mənbənin söylədikləri: В«Bütün bunlar seçkidən sonraya nəzərdə tutulan dəyişikliklərə tədarükdür. Çünki həmin ərəfədən etibarən çox ciddi fiqurlar da vəzifələrini itirəcək. Prezident İlham Əliyev tamamən yeniləşmiş bir komanda ilə növbəti illərdə komandasını yürütmək fikrindədirВ». Mənbəmiz onu da əlavə etdi ki, yaxın günlərdə dəyişikliklərə start veriləcək: В«Ola bilsin ki, bir günün içində 5 rayonun başçısı dəyişsin. Prosesin tədrici şəkildə də həyata keçirilməsi mümkündürВ». Geri qayıt |