Əsas Səhifə > Güney Press / Manşet > TƏHSİL NAZİRLİYİNDƏ “ÇTO? QDE? KOQDA?” DUETİ

TƏHSİL NAZİRLİYİNDƏ “ÇTO? QDE? KOQDA?” DUETİ


31-05-2013, 14:45
TƏHSİL NAZİRLİYİNDƏ “ÇTO? QDE? KOQDA?” DUETİ
DİA.AZ: - Məlum olduğu kimi, təhsil naziri Mikayıl Cabbarov nazirliyin Aparat rəhbəri İlham Pirməmmədovun yerinə artıq təyinat həyata keçirib. DİA.AZ-a bu barədə maraqlı bir məlumat daxil olub.

Aydın olur ki, Təhsil Nazirliyinin yeni Aparat rəhbəri Mikayıl Cabbarovun yeniyetməlik dostudur. Onlar eyni zamanda məşhur “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Həmçinin Ceyhun Bayramov maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır. Eyni zamanda o, hüquq firmasında direktor vəzifəsində işləyib.

Xatırladaq ki, uzun müddət Təhsil Nazirliyinin aparat rəhbəri olan İlham Pirməmmədov vəzifəsindən azad edilərək nazirin müşaviri təyin edilib.

Geri qayıt