Əsas Səhifə > Partiya > ÖLKƏDƏ QADIN HƏRƏKATINA TƏDARÜK GÖRÜLÜR

ÖLKƏDƏ QADIN HƏRƏKATINA TƏDARÜK GÖRÜLÜR


13-12-2011, 14:15
ÖLKƏDƏ QADIN HƏRƏKATINA TƏDARÜK GÖRÜLÜR

“ÜMİD”Çİ QADINLAR BİR ARAYA GƏLDİ

DİA.AZ: - Ümid Partiyası Qadınlar Təşkilatının müşavirəsi keçirilib.

Müşavirədə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan qadınlarının bu prosesdəki yeri və rolu barədə geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları Ümid Partiyasının üzvü olan qadınların siyasi proseslərdə daha da fəal olmasının zəruriliyini həmçinin, partiya Qadınlar Təşkilatının 2012-ci ildən etibarən aktiv fəaliyyətini təmin etmək, eyni zamanda qadın hüquqları, qadınların seçkilərdə fəal iştirakı ilə bağlı tədbirlər proqramı həyata keçirmək istədiklərini, vurğulayıblar.

Qadınlar Təşkilatının konfransına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Könül Quliyeva çıxışında qeyd edib ki, ölkənin ictimai-siyasi həyatına qadınların daha da fəal cəlb edilməsini təmin etməklə ölkədə ədalət və haqlar uğrunda qadın hərəkatının başlanmasına hazırlaşmaqdır.

Toplantıda qərara alınıb ki, bundan sonra mütəmadi olaraq partiyanın rayon təşkilatlarında qadınların iştirakı ilə geniş ictimai-siyasi müzakirələr başlanılsın. Eyni zamanda qadın hüquqları ilə bağlı tədbirlər proqramı təsdiqlənsin, qadınların növbəti seçkilərdə aktiv iştirakı və bu kimi məsələlərlə bağlı digər müxalif təşkilatlarla əməkdaşlıq daha da genişləndirilsin.


Geri qayıt