Əsas Səhifə > Siyasət, Manşet > YENİ NAZİRİN ŞOK İSLAHATLARI HƏLƏ İRƏLİDƏDİR

YENİ NAZİRİN ŞOK İSLAHATLARI HƏLƏ İRƏLİDƏDİR


31-05-2013, 11:16
YENİ NAZİRİN ŞOK İSLAHATLARI HƏLƏ İRƏLİDƏDİR
YENİ NAZİR YENİ BİR MİSSİYA İLƏ YÜKLƏNİB: TƏHSİL SİSTEMİ DƏYİŞDİRİLİR

DİA.AZ: - Redaksiyamıza təhsil nazirliyində gözlənilən yeni kadr islahatları ilə bağlı məlumatlar daxil olub. Bu barədə DİA.AZ-ı bilgiləndirən qaynaq iddia edir ki, ümumiyyətlə Mikayıl Cabbarov TN-nin bütün rəhbərliyini yeniləşdirmək fikrindədir və onu vəzifəyə gətirənlər də qarşısında bir nömrəli məqsəd kimi məhz bu şərti qoyublar.

Mənbə bildirir ki, ilk əvvəl yerli mətbuatda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi xarakterizə olunan və TN-dəki təqdimatında PA şefinin şəxsən iştirak etməsini də dəlil kimi gətirən şərhçilərin bu iddiası əslində yanlışdır:

«Mikayıl Cabbarov çox ciddi islahatlar həyata keçirməlidir. Onun üzərində ağır missiya var. Təsəvvür edin, illərdir mafiyalaşmış təhsil sistemi sıfırdan qurulmalıdır. Əgər yeni nazir bu işi bacaracaqsa, o zaman ona hətta Milli Qəhrəman adı da verilməlidir. Çünki bu islahatlarla yanaşı, həm də təhsil sistemi, dərsliklərdən tutmuş, prinsiplərə qədər yenilənməlidir».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı: «Mikayıl Cabbarovun bu islahatlarının qarşısının alınması üçün dəridən-qabıqdan çıxanlar var. Amma bu bir prosesdir və qarşısı alına bilməz».

Geri qayıt