Əsas Səhifə > Gündəm, Manşet > SÖYÜN SADIXOV HAKİMİYYƏTİN DƏYİŞƏCƏYİNİ DEYİB
SÖYÜN SADIXOV HAKİMİYYƏTİN DƏYİŞƏCƏYİNİ DEYİB31-05-2013, 10:54 |
PUTİNİN NÜMAYƏNDƏSİ: «AZ QALIB, AZƏRBAYCANDA İQTİDARI GÖTÜRÜRÜK» DİA.AZ: - Redaksiyamıza Rusiyadakı mənbələrdən ilginc bir məlumat ötürülüb. Soydaşlarımızdan birinin DİA.AZ-a verdiyi informasiyaya görə, dünən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov Azərbaycanda keçirilməsi gözlənilən prezident seçkilərini Kremldə müzakirə edib. Mənbə iddia edir ki, bununla bağlı Söyün Sadıxov sonradan çevrəsindəki azərbaycanlıları da bilgiləndirib və hətta onlara maraqlı bir açıqlama da verib: «O, «Azerros»da təmsil olunan soydaşlarımızdan birinə deyib ki, az qalıb, Azərbaycanda hakimiyyəti götürürük». Hər halda, Söyün Sadıxovun nəyə əsaslanaraq belə bir açıqlama verdiyini təxmin etmək olsa da, onun dediklərinin nə qədər həqiqət olacağını gözləmək lazımdır… Geri qayıt |