Əsas Səhifə > Hadisə > BAKIDA ŞOK BOMBA HƏYƏCANI
BAKIDA ŞOK BOMBA HƏYƏCANI31-05-2013, 09:52 |
Bakıda 3 körpüyə partlayıcı qurğu qoyulması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatda Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulduğu bildirilib. FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüb və əraziyə baxış keçiriblər. Nəticədə qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat mayın 31-i saat 06:52-də başa çatıb. Geri qayıt |