Əsas Səhifə > Güney Press / Manşet > HEYDƏR BABAYEV В«MİLYARDERLƏR İTTİFAQIВ»NA GƏLİR

HEYDƏR BABAYEV В«MİLYARDERLƏR İTTİFAQIВ»NA GƏLİR


30-05-2013, 15:56
HEYDƏR BABAYEV В«MİLYARDERLƏR İTTİFAQIВ»NA GƏLİR
DİA.AZ: - Rusiyanın maliyyə çevrələri ilə ciddi əlaqələrinin olduğu söylənilən keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev də Kremlin son zamanlar Azərbaycana qarşı yürütdüyü siyasətdə yer ala bilər. Bu ilginc məlumatı DİA.AZ-a verən mötəbər mənbə bildirir ki, sabiq nazir yaxın günlərdə bu məqsədlə Moskvaya səfər edəcək.

Mənbənin redaksiyamıza söylədiklərindən belə aydın olur ki, zamanında Rusiyada çalışmış və mərhum prezident Heydər Əliyev tərəfindən Azərbaycana dəvət edilərək vəzifə ilə mükafatlandırılmış Heydər Babayev həmin illərdəki əlaqəsini yenidən işə salıb.

Mənbənin söylədikləri: В«Heydər Babayevin hansı mövqedə və yaxud da hansı prosesin tərkibində yer alacağı hələlik dəqiq məlum deyil. Təbii ki, onun Kremlin müxalifətdəki planı kimi qəbul edilən Milli Şuraya gəlməsi gözlənilən deyil. Amma onun RATİ-də təmsilçiliyi gözləniləndirВ».

Geri qayıt