Əsas Səhifə > Siyasət, Manşet > «ROYALBANK» ƏMANƏTÇİLƏRİNDƏN ÇOX SƏRT MESAJLAR

«ROYALBANK» ƏMANƏTÇİLƏRİNDƏN ÇOX SƏRT MESAJLAR


30-05-2013, 11:56
«ROYALBANK» ƏMANƏTÇİLƏRİNDƏN ÇOX SƏRT  MESAJLAR
«ONSUZ DA DÖVLƏTİ OLİQARXLAR TƏŞKİL EDİR, PULUMUZU VERSİNLƏR»

DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup «RoyalBank» əmanətçiləri etiraz aksiyasına hazırlaşdıqlarını bildiriblər. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, onlar hələ də əmanətlərinin qarşılığını ala bilmirlər və heç bir dövlət qurumu, sığorta təşkilatı bir qərarla mülfis elan edilən «RoyalBan» əmanətçilərinin hüquqlarının bərpasına nə maraq göstərmir, nə də məsuliyyət daşımırlar.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: «Biz dəfələrlə müraciət etsək də, səsiimiz eşidən olmadı. Amma hər dəfə quru vədlər verdilər. Ela adam var ki, onun 50t min manatı batıb. Kim məsuliyyət daşıyır? Bir qərarla bir bankı niyə müflis elan etdilər? Niyə milləti öz oyunlarının qurbanı edirlər? Əgər bankın rəhbərliyi onların xoşuna gəlmirdisə, elə bir qərarla bankı onun əlindən alardılar. Onsuz da istədiklərini edirlər».

Əmanətçilər bildiriblər ki, onlar hələ də pullarının qarşılığını ala bilmədiklərindən Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər: «Biz nə müxalifətik, nə də iqtidar. Biz pulumuzu tələb edirik. Hansısa oliqarx üçün bizim pulumuzu qaytarmaq çox asandır. Əgər dövlət yoxdursa, oliqarxlardan biri pulumuzu qaytarsın. Onsuz da dövləti həmin oliqarxlar təşkil edir».

Geri qayıt