Əsas Səhifə > Gündəm, Manşet > BAŞ NAZİRİN MÜAVİNLƏRİNDƏN BİRİ İŞSİZ QALACAQ

BAŞ NAZİRİN MÜAVİNLƏRİNDƏN BİRİ İŞSİZ QALACAQ


30-05-2013, 10:59
BAŞ NAZİRİN MÜAVİNLƏRİNDƏN BİRİ İŞSİZ QALACAQ
«TOTAL İXTİSARLAR PLANLAŞDIRILMASA DA, ONLARLA MƏMUR İŞDƏN ATILIR»

DİA.AZ: - Bir sıra dövlət qurumlarında struktur islahatlarının həyata keçirilməsi gözlənilir. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki (NK) mənbəmizin xəbərinə görə, islahatlar daha çox elə NK-nə aid qurumlarda həyata keçiriləcək.

Mənbəmiz bildirir ki, dövlət komissiyalarından bəzilərinin ləğvi ilə müşahidə olunacaq bu proses zamanı onlarla məmurun işsiz qalması da proqnozlaşdırılır:

«Söhbət total ixtisarlardan getməsə də, ən azından baş nazirin müavinlərindən birinin postu ləğv edilə bilər. Eyni zamanda faktiki olaraq fəaliyyətsiz vəziyyətdə olan və alternativ nazirliyi mövcud olan bir dövlət komissiyasının da ləğvi planlaşdırılır».

Mənbəmiz onu da əlavə etdi ki, Nazirlər Kabinetindəki bu islahatlar prezident seçkilərindən sonra həyata keçiriləcək: “Prezident seçkidən sonra NK-nın tərkibi ilə yanaşı, həm də struktur islahatları ilə bağlı da müvafiq sərəncamı imzalayacaq”.

Geri qayıt