Əsas Səhifə > Hadisə > ORDUMUZUN ZABİTİ ÖZÜNÜ ASDI
ORDUMUZUN ZABİTİ ÖZÜNÜ ASDI30-05-2013, 10:11 |
ONUN AİLƏDƏ PROBLEMİ VAR İMİŞ Dünən Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə "lent.az" məlumat yayıb. Məlumata görə, Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı, 1989-cı il təvəllüdlü Sərxanlı Elşən Adilxan oğlu özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, tağım komandiri olan hərbçi ailədaxili problemlər üzündən həyatına qəsd edib. Faktla əlaqədar araşdırmalar aparılır. Geri qayıt |