Əsas Səhifə > Gündəm, Manşet > AĞSTAFADA İCRA BAŞÇISI İLƏ MÜAVİN ARASINDA DAVA

AĞSTAFADA İCRA BAŞÇISI İLƏ MÜAVİN ARASINDA DAVA


30-05-2013, 09:55
AĞSTAFADA İCRA BAŞÇISI İLƏ MÜAVİN ARASINDA DAVA
DAVA ZAMANI TƏRƏFLƏR BİR-BİRİLƏRİNƏ QARŞI NALAYİQ HƏRƏKƏTLƏR EDİB

DİA.AZ: - Artıq neçə rayonda icra başçısı ilə İH başçısının birinci müavini arasında insidentlərin hökm sürməsi barədə diqqətinizə məlumatlar çatdırmışıq. Daha bir rayonda oxşar konfliktin hökm sürməsi barədə bilgiləri DİA.AZ-a çatdıran mənbə iddia edir ki, Ağstafada rayonun rəhbərləri nəinki bir-birilərinə qarşı ədavətdədirlər, hətta bu ədavətləri kifayət qədər ictimailəşib də.

Məlumatı verən mənbənin sözlərinə görə, bu günlərdə Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə RİH başçısının birinci müavini Ramiz Tatarov rayonun tanınmış restoranlarının birində eyni məclisdə iştirak ediblər.

Mənbənin söylədikləri: «Onlar arasında neçə müddətdir ki, söz-söhbət var idi. Və içki məclisində kifayət qədər alkoqol qəbul edən başçı ilə birinci müavin sonradan mübahisə etməyə başlayıblar».

Mənbə iddia edir ki, onların mübahisələrinə kənardakılar müdaxilə etməyə çalışsa da, mümkün olmayıb: «İş o həddə çatıb ki, hətta tərəflər bir-birilərini təhqiredici hərəkətlərə də yol veriblər».

Sonradan başçının digər müavinlərindən biri onları ayırıb: «Amma iş bununla bitməyəcək. Çünki artıq Məhərrəm Quliyev rayonda ya Ramiz Tatarovun, ya da özünün vəzifə başında qalacağını bəyan edib»

Geri qayıt