Əsas Səhifə > Siyasət, Manşet > İRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ

İRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ


13-12-2011, 11:48
İRANDAN AZƏRBAYCANA DAHA BİR HƏDƏ

FARS-MOLLA REJİMİ RƏSMİ BAKINI DİKTATORLUQDA SUÇLADI

DİA.AZ: - Artıq fars-molla rejimi sözün əsl mənasında Azərbaycana qarşı bir təbliğat kampaniyasına start verib. Və hər gün molla rejiminə aid müxtəlif təbliğat vasitələrində ölkəmiz hədəfə alınır. Bu dəfə isə «Səhər» kanalı irəli çıxdı və qeyd edək ki, əvvəlki üslublarından fərqli olaraq molla təbliğatçıları Azərbaycanın üzərinə bir qədər incə tonlarla yeriməkdədirlər.

Belə ki, «Səhər» kanalına açıqlama verən Azərbaycan üzrə iranlı mütəxəssis Həsən Behiştipur rəsmi Bakını İranda əldə olunan anlaşmanı pozmaqda ittiham edir və ardınca da hədələyir. Behiştipur bildirir ki, Azərbaycan hakimiyyəti daxilində ziddiyyətlər var və əgər belə olmasaydı, o zaman bu günlərdə İranda səfərdə olmuş Prezident administrasiyasının şöbə müdiri Əli Həsənovun imzaladağı sənədlərə uyğun şəkildə rəftar olunardı. Daha sonra iranlı analitik Azərbaycan hakimiyyətini diktatura yaratmaqda suçlayaraq bildirir ki, mətbuatın bu şəkildə boğulması yolverilməzdir. Həmin xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

“Azərbaycan Respublikası media məsələləri üzrə analitik cənab Həsən Behiştipur İranın media nümayəndəsinin Azərbaycan Respublikasına buraxılmaması üzrə Bakının hərəkətinə münasibət bildirdi.

Cənab Behiştipur “Səhər” kanalının müxbiri ilə müsahibədə belə dedi: "Belə nəzərə gəlir ki, Azərbaycan Respublikası hökumətinin bu hərəkəti ilk növbədə hökumət daxilində fikir ayrılıqlarının olmasından xəbər verir. Belə ki, bir tərəfdən Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəsi olan Əli Həsənov Tehrana səfər edərək, İran ilə media sahəsində əməkdaşlıq sənədi imzalayır, digər tərəfdən isə bu əməkdaşlıq sənədinin imzalanmasından 4 gün sonra İranın media nümayəndəsinə, İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının Bakı Ofisi müdirinə Azərbaycan Respublikasına giriş icazəsi verilmir. Yəni bu əməkdaşlıq sənədində koordinator rolunu oynayacaq şəxsi ölkəyə buraxmırlar. Buradan aydın olur ki, Azərbaycan Respublikası hökumətinin daxilində Bakının Tehranla əməkdaşlıqları ilə bağlı fikir ayrılıqları və ixtilaflar mövcuddur."

Səhər kanalı müxbirinə eksklüziv müsahibəsində İranın media nümayəndəsinin Azərbaycan Respublikasına buraxılmaması məsələsini dəyərləndirən cənab Behiştipur əlavə edib: "İkinci məsələ isə bundan ibarətdir ki, bu hərəkət İran İslam Respublikasından daha çox Azərbaycan Respublikasının zərərinədir. Belə ki, Azərbaycan Respublikasının beynəlxalq və regional imicinə xələl gətirmiş olur. Çünki, mediaların fəaliyyəti qarşısında maneçilik yaratmaq o deməkdir ki, hələ bu ölkələr mediaların həqiqi mahiyyətini başa düşməyiblər və hələ də elə təsəvvür edirlər ki, ötən əsrlərdə olduğu kimi, media vasitələrini bağlamaq, onların fəaliyyətlərini məhdudlaşdırmaqla ictimai rəyi, ümumi fikri məhdudlaşdıra bilərlər. Halbuki, bu kimi rəftarlar heç bir nəticə verməyəcək."

Cənab Behiştipur daha sonra belə dedi: "Üçüncü və daha önəmli olan məsələ bundan ibarətdir ki, bundan öncə, keçmişdə nə vaxt İran və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə bir anlaşma əldə olunubsa, Azərbaycan Respublikasında iki ölkənin yaxınlaşması ilə müxalif olanlar müxtəlif vasitələrdən istifadə edərək, pozuculuq törətməyə və hər iki ölkə xalqının xeyrinə olan bu yaxınlaşmanın qarşısını almağa cəhd göstəriblər. Buna görə də belə nəzərə gəlir ki, bu hərəkət də elə həmin şəxslər tərəfindən yəni, keçmişdə İran və Azərbaycan Respublikası arasındakı münasibətlərə zərbə vurmağa çalışanlar tərəfindən həyata keçirilib."

Azərbaycan Respublikası media məsələləri üzrə baş analitik cənab Behiştipur Səhər kanalının müxbiri ilə müsahibəsinin davamında, Bakının öz hərəkətinə düzəliş edəcəyinə ümidvarlıq edərək, dedi: "Qeyd etdiyim bu 3 məsələ onu deməyə əsas verir ki, Azərbaycan Respublikası hökuməti və bu ölkənin media sektoru şübhəsiz bu məsələ ilə bağlı qərara düzəliş edəcək və cənab Kazimidən üzrxahlıq üçün lazımi zəmin yaradılacaq. Və bu üzrxahlıq yalnız Əhməd Kazimiyə görə yox, bir media əməkdaşı ilə edilən qeyri-münasib hərəkətə görə olmalıdır. Zira bir media əməkdaşı ilə bu kimi rəftar şübhəsiz xoşagələn nəticələrə və rezonansa malik olmayacaq. Buna görə də bu problemin aradan qaldırılacağı, Əhməd Kaziminin Bakıya qayıtmasına və keçmişdə olduğundan daha çox iki ölkə arasında media əməkdaşlığının genişləndirilməsinə xidmət etməsinə şəraitin yaradılacağı hazırkı gözləntilərdir. Zira bu əməkdaşlıqlar həm İran, həm də Azərbaycan Respublikası xalqlarının xeyrinədir”."


Geri qayıt