Əsas Səhifə > Güney Press / Manşet > SU-NASOS STANSİYASI NECƏ KAFEYƏ ÇEVRİLDİ?
SU-NASOS STANSİYASI NECƏ KAFEYƏ ÇEVRİLDİ?29-05-2013, 15:03 |
![]() DİA.AZ: - Az əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəhbəri Bulat Ağabəyovla bağlı, onun yeyintiləri ilə əlaqədar ilginc faktları diqqətinizə çatdırmışdıq. Bildirək ki, bu məlumatımızla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub. Oxucularımızdan biri redaksiyamızın elektron poçtuna ünvanladığı məktubunda qeyd edir ki, Bulat Ağabəyov təkcə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsindəki yeyintiləri ilə diqqətə gəlmir, bu adam həm də Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin şəxsi təsərrüfatının da yönəticisi imiş. Oxucumuz yazır: В«Bulat Ağabəyov Əhməd Əhmədzadənin Salyan rayonundakı qoyun yataqlarına da nəzarət edir. Yəni ASC prezidentinin qoyun təsərrüfatı bu adamın ixtiyarındadırВ». Hər halda, sözügedən faktın Bulat Ağabəyovun yol verdiyi yeyinti hallarının nədən ört-basdır edilməsinə göz yumulmasını yaxşı ixahladığı indi aydın olur. Oxucumuz onu da əlavə edib ki, Əhməd Əhmədzadənin çətiri altında istədiyini edən Bulat Ağabəyov Sabirabadın Moranlı kəndindəki su-nasos stansiyasına da şəxsi əmlakı kimi davranaraq, onu kafeyə çevirib. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |