Əsas Səhifə > Sosial, Manşet > NÜFUZLU MƏMUR İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİ DÜŞÜB
NÜFUZLU MƏMUR İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİ DÜŞÜB29-05-2013, 12:58 |
ELMAR VƏLİYEVİN BAŞI QALMAQALDA: ONUN ÜÇÜN İSTEFA YOLU GÖRÜNÜR DİA.AZ: - Bir müddət əvvəl yerli qəzetlərdən biri ilə ciddi problem yaşayan Gəncənin icra başçısı Elmar Vəliyevin bununla öz başına problem açması barədə xəbər vermişdik. Doğrudur, artıq İH rəhbərinin bu məsələni yırtıb çıxması təəssüratı yaranır, amma Vəliyevin durumunun heç də ürəkaçan olmadığı da söylənilir. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələrdən ötürülən informasiyalardan aydın olur ki, Elmar Vəliyevin vəzifəsindən alınması üçün konkret addımlar atan qüvvələr var: «Həmin qüvvələrlə icra başçısının arasında uzun müddətdir ki, münaqişə var. Və bu konflikt özünü kifayət qədər ciddi formada göstərib. Amma qardaşı Xanlar Vəliyevin mövqeləri hesabına hələ ki Elmar Vəliyev təzyiqlərə duruş gətirə bilir. Bu isə müvəqqətidir». Mənbəmizin bildirdiyinə görə, artıq məsələsi hakimiyyətin yuxarı eşalonunda müzakirə olunan Elmar Vəliyevlə bağlı nüfuzlu məmurlarımızdan biri ciddi bir tələb də səsləndirib: «Həmin məmur açıq şəkildə bəyan edib ki, Elmar Vəliyev vəzifəsindən şəxsi maraqları və şəxsi ambisiyaları üçün istifadə edir. Və ortaya konkret sübutlar da qoyulub». Mənbəmizə görə, bundan sonra icra başçısının durumuna yenidən baxılması qərara alınıb: «Ola bilsin ki, veriləcək qərarda Elmar Vəliyevin gedişi ehtiva olunsun»…. Geri qayıt |