Əsas Səhifə > Hadisə > BİLƏSUVAR POLİSİNDƏ İNSİDENT

BİLƏSUVAR POLİSİNDƏ İNSİDENT


29-05-2013, 12:03
BİLƏSUVAR POLİSİNDƏ İNSİDENT
TƏQSİRLƏNDİRİLƏN ŞƏXS ÖZÜNÜ ÖLDÜRDÜ

Biləsuvar rayon polis şöbəsində intihar hadisəsi baş verib. Polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 3 gün öncə narkotik maddələrin qanunsuz saxlamasına görə həbs olunan Biləsuvar rayon sakini 1974–cü il təvəllüdlü Niyaməddin İsmayıl oğlu Rəsulov polis şöbəsindəki müvəqqəti saxlama təcridxanasında özünü asıb.

Mərhumun uzun müddətdir ki, narkotik istifadəçisi də olduğu bildirilir. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.

Geri qayıt