Əsas Səhifə > Gündəm, Manşet > ŞÖBƏ MÜDİRİ BAKI MERİ POSTUNA HAZIRLANIR

ŞÖBƏ MÜDİRİ BAKI MERİ POSTUNA HAZIRLANIR


29-05-2013, 11:56
ŞÖBƏ MÜDİRİ BAKI MERİ POSTUNA HAZIRLANIR
HACIBALA ABUTALIBOVUN DA «VARİS PLANI»NIN OLMASI FYAKTI ÜZƏ ÇIXDI

DİA.AZ: - Bu günlərdə yola salınacağı ilə bağlı xəbərləri yayılan Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla bağlı redaksiyamıza yeni məlumat daxil olub.

Xatırladaq ki, Bakı merinin özü açıqlamalarının birində pessimist ruh nümayiş etdirərək, özündən sonrakı dönəmlə bağlı fikirlərini bölüşmüşdü. Bu isə onun yola salınacağı ilə bağlı KİV-lərimizdə yer alan məlumatların daha da intensivləşməsinə nədən olmuşdu.

Onu da bildirək ki, bu günlərdə Hacıbala Abutalıbovla bağlı verdiyimiz xəbərdə Bakı meri postunda nəzərdə tutulan dəyişikliyin prezident seçkilərinə qədər həyata keçirilməyəcəyi ehtimalının da yüksək olduğunu söyləmişdik.

Bildirək ki, zaman-zaman Hacıbala Abutalıbovun yerinə xeyli sayda namizədlərin olması barədə fikirlər yürüdülüb. Hətta hazırda Gəncəyə rəhbərlik edən Elmar Vəliyevin və Sumqayıta başçılıq edən Eldar Əzizovun da BŞİH-ə rəhbər gələcəyi haqda xəbərlər mətbuatımızda yer alıb. Amma bunlara rəğmən ən şanslı namizəd olaraq hazırda Şirvan şəhər icra hakimiyyəti başçısı postunu tutan Mərdan Camalovun BŞİH rəhbəri vəzifəsinə namizədlər sırasında adı hallandırılır. Qeyd edək ki, Mərdan Camalov müdafiə sənayesi naziri Yavər Camalovun doğma qardışıdır.

Bununla bağlı DİA.AZ-a verilən məlumatda isə bildirilir ki, «yeni gələcək başçıdan istəyim budur ki, məni qəbuluna gələndə heç olmasa qəbul etsin» deyərək kövrələn Hacıbala Abutalıbov da öz yerinə namizəd hazırlamaqla məşğuldur.

Mənbənin söylədikləri: «Hacıbala Abutalıbov həmin fikirləri təsadüfən söyləməyib. Görünür, prezident yanındakı nüfuzundan istifadə edən Bakı meri öz gələcəyini də düşünmək mövqeyindən çıxış edərək, Bakı meri postuna kadr hazırlayır».

Mənbənin bilgisinə görə, Hacıbala Abutalıbov hazırda BŞİH-də ictimai təşkilatlar və siasi partiyalarla iş şöbəsinin müdiri vəzifəsini tutan Zaur Ramazanovu Bakı meri postunda görmək istəyir.

Geri qayıt