Əsas Səhifə > Hadisə > 70 NƏFƏR ƏFV OLUNACAQ
70 NƏFƏR ƏFV OLUNACAQ13-12-2011, 11:10 |
OMBUDSMAN SİYAHINI PREZİDENTƏ TƏQDİM EDİB Ombudsman Elmira Süleymanova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanı imzalanması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Elmira Süleymanova bildirib ki, prezidentə əfv olunması məqbul sayılan şəxslərin siyahısı təqdim olunub, bu siyahıda 70-dən çox şəxsin adı var: “Bizim əvvəllər də təqdim etdiyimiz siyahılarda ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlər və bu kimi kateqoriyalardan olan insanlar üstünlük təşkil edib. Yəni istəyirik ki, əfv fərmanı imzalanan zaman bu kateqoriyadan olan insanlara hansısa formada üstünlük verilsin. Ümumilikdə Ombudsman Aparatı təsis olunduqdan bəri bizim təşəbbüsümüzlə 339 məhbus əfv olunaraq azadlığa buraxılıb. Əfv fərmanı humanist hisslərlə yaşayan Azərbaycan vətəndaşları üçün sevindirici hadisədir”. Geri qayıt |