Əsas Səhifə > Siyasət, Manşet > RƏSMİ BAKI İVANAŞVİLİNİ HƏDƏLƏYİBMİ?

RƏSMİ BAKI İVANAŞVİLİNİ HƏDƏLƏYİBMİ?


27-05-2013, 10:39
RƏSMİ BAKI İVANAŞVİLİNİ HƏDƏLƏYİBMİ?
«GÜRCÜ ARZUSU» ARTIQ AZƏRBAYCANA BAHA BAŞA OTURMAĞA BAŞLAYIB

DİA.AZ: - Mixail Saakaşvili tərəfdarlarını, onun keçmiş hökumət üzvlərini bir-birinin ardından həbs etdirən Gürcüstanın baş naziri Bidzina İvaanaşvilinin rəsmi Bakıi ilə münasibətləri də qaydasınca deyil. Bunu İvaanaşvili hakimiyyətinin ilk günlərindən hiss etməkdəyik. Həm Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı planlarına əngəl olmağa çalışan və həm də Gürcüstan ərazisindən keçən iri layihələrin icrasına maneə kimi meydana çıxan İvanaşvili sonradan Azərbaycan hakimiyyətinin apardığı israrlı danışıqların ardından yumşalmış kimi göründü.

Amma bu əbəsmiş. Hətta Azərbaycanın Bakı-Tiflis-Qars dəmiryolunun xəttinə məhz İvanaşvilinin cığallıqları səbəbindən əlavə olaraq 175 milyon ABŞ dolları həcmində vəsait ayırması da gürcü baş nazirin şıltaqlıqlarının durdurulması üçün yetərli olmayıb. Buna görə də keçən həftənin sonlarında mediada BTQ layihəsinin faktiki olaraq durması haqda məlumatlar yayıldı.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki məlumatlı mənbənin sözlərinə görə, artıq rəsmi Bakının da «gürcü arzusu»nun nazı ilə oaynamaq həvəsində olmadığı ortaya çıxır: «Artıq kimsə İvanaşvilinin nazını çəkmək istəmir. İvanaşvili Azərbaycanı Gürcüstana yatırdığı sərmayə ilə şantaj edir. Amma vəziyyət o həddə çata bilər ki, Azərbaycan hətta Gürcüstanda tikdiyi «zapravka»ların karkazını belə söküb gətirər».

Mənbəmiz bildirir ki, təxminən bu kimi ifadələr İvanaşvilinin diqqətinə çatdırılıb: «Saakaşvili ağıllı adamdır. Və o, Bakıda olarkən də, Bakıdan getdikdən sonra da Azərbaycanla dotsluğun Gürcüstan üçün hansı səviyyədə əhəmiyyətli olduğunu bəyan etdi. İvanaşvili isə sifarişlə hərəkət edən birisi olduğundan onun üçün dövlətinin yox, qulluq etdiyi dairələrin maraqları önəmlidir. Amma bununla belə Azərbaycan İvanaşvilinin nazı ilə oynamaq fikrində deyil. Artıq rəsmi Bakı belə bir ismarıcını Tiflisə yollayıb».

Geri qayıt