Əsas Səhifə > Gündəm, Manşet > HACIBALA ABUTALIBOV HƏLƏ YOLA SALINMIR

HACIBALA ABUTALIBOV HƏLƏ YOLA SALINMIR


27-05-2013, 10:03
HACIBALA ABUTALIBOV HƏLƏ YOLA SALINMIR
İQTİDARİÇİ QAYNAQ: «ONUNLA VİDALAŞMAĞA HƏLƏ TƏLƏSMƏLİ DEYİLİK»

DİA.AZ: - Bu günlərdə özünün pessimist açıqlaması ilə diqqətə gələn Bakı meri Hacıbala Abutalıbovun «məndən sonra gələn icra başçısından xahişim budur ki, heç olmasa, məni qəbul etsin» deməsi artıq mətbuatda Bakı şəhər icra hakimiyyətinin postuna «namizədlərin müəyyənləşdirilməsi» prosesini daha da intensivləşdirib.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən iqtidar içindəki mötəbər mənbə isə iddia edir ki, Hacıbala Abutalıbov hələ prezident seçkilərinə qədər vəzifə başında saxlanılacaq. Mənbəmizə görə, yalnız seçkilərdən sonra Bakı meri postunda dəyişiklik gözlənilir:

«Ona görə yox ki, Hacıbala Abutalıbov əvəzedilməz şəxsiyyətdir. Ona görə ki, bu post uğrunda hakimiyyətiçi qüvvələrin əksəriyyəti mübarizə aparır. Və hərə öz kadrını Abutalıbovun yerində görür. Rəsmi Bakının isə planları başqadır».

«Həm də seçkilərə qədər və seçkilərdən sonra hakimiyyət daxilində ümumi planda böyük danışıqlar olacaq» deyən mənbəmiz bildirdi ki, məhz bununla da YAP iqtidarının növbəti 5 ildə favorit gücləri də müəyyənləşmiş olacaq: «Təbii ki, bu gün güc kimi görünən bir qüvvə həmin dönəmdə ümumiyyətlə, meydanda olmaya bilər. Məhz bu səbəbdən Hacıbala Abutalıbov da vəzifəsində qalacaq. Və iqtidardaxili durulmadan sonra onun yerinə təyinat olacaq».

Geri qayıt