Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI GORANBOYDA MÖVQELƏRİNİ İTİRİB

İCRA BAŞÇISI GORANBOYDA MÖVQELƏRİNİ İTİRİB


27-05-2013, 09:55
İCRA BAŞÇISI GORANBOYDA MÖVQELƏRİNİ İTİRİB
BUNA GÖRƏ HAKİMİYYƏT GORANBOYDA RƏHBƏR DƏYİŞİKLİYİNƏ GEDƏ BİLƏR

DİA.AZ: - Adı bir müddət qalmaqallarda hallandırılan Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin özü bu dəfə hədəfdədir. Bu barədə DİA.AZ-a rayondakı mənbələr xəbər ötürüb. Qaynaq iddia edir ki, tanınmış iş adamı, adı Ukraynadakı Azərbaycan diasporasının fəallarından olan İqbal Mahmudovun qətlində sifarişçi kimi hallandırılan Qulam Əkbərova güvənən Nizaməddin Quliyev rəsmən öz problemləri ilə baş-başa buraxılıb.

Mənbənin söylədikləri: «Nizaməddin Quliyevə himayədarı tərəfindən də bildirilib ki, özü öz başının çarəsinə baxsın. Yəni onsuz da Qulam Əkbərovun durumu ağırdır. Və o, İqbal Mahmudovun qətli işi ilə bağlı çəkçevirdədir. Bu səbəbdən Nizaməddin Quliyev bütün zərbələr üçün açıq qalıb».

Mənbəmiz bildirir ki, Goranboyun icra başçısına «yuxarılar» tərəfindən isə rayondakı narazılıq ovqatını nəzarətə götürməsi tapşırığı verilib: «O, bir sahibkarı haqsız olaraq həbsə atdırıb. İndi rayonda hər kəs Nizaməddin Quliyevin şərindən ehtiyat edir. Bu şəkildə isə prezident seçkiləri kimi mühüm bir prosesin yola verilməsi imkansızdır. Çünki bütün seçki dönəmlərində hakimiyyət sahibkarlara güvənib. Sahibkarlar isə hakimiyyətin yerdəki nümayəndəsi hesab olunan Nizaməddin Quliyevə etimad göstərməməklə yanaşı, onun şərindən sığortalanmağa çalışırlar».

Mənbəmizə görə, məhz bu səbəbdən Nizaməddin Quliyevin yeni bir kadrla əvəzlənməsi də gündəmə gəlib: «Onun «xaç atası» Qulam Əkbərovun Goranboyda rəhbər dəyişikliyini sükutla seyr edəcəyi şəkksizdir. Hakimiyyətə kiminsə nazının çəkilməsi yox, prezident seçkiləri kimi mühüm bir prosesin uğurla başa çatması daha önəmlidir».

Geri qayıt