Əsas Səhifə > Gündəm, Manşet > “GƏNCƏBANK”DA İLGİNC MALİYYƏ MAXİNASİYALARI

“GƏNCƏBANK”DA İLGİNC MALİYYƏ MAXİNASİYALARI


27-05-2013, 08:54
“GƏNCƏBANK”DA İLGİNC MALİYYƏ MAXİNASİYALARI
ƏMANƏTÇİLƏR ÖZ PULLARINI BELƏ BANKDAN ASANLIQLA ÇIXARA BİLMİRLƏR

DİA.AZ: - Redaksiyamıza GəncəBank-la bağlı şikayət məktubu daxil olub. “GəncəBank” ASC-nin əmanətçisi olan adının açıqlanmasını istəməyən şəxs bildirir ki, o, bir müddət əvvəl bankda olan əmanətini götürmək üçün banka müraciət etsə də, nəticədə pulunu uzun çək-çevirdən sonra ala bilib. Müştərinin DİA.AZ-a bildirdiyinə görə səbəb, bank əmlakının bankın rəhbərliyi tərəfindən talanmasıdır, belə ki, bankın kassası boşdur, müştərilərin pulu verilmir, əmanətçilər aldadılır, pulları dövriyyəyə buraxılır, nəticədə itirən əmanətçi olur.

Onu da bildirək ki, redaksiyamıza bir başqa istiqamətdən daxil olan məlumatlarda “GəncəBank”ın işinə baxılması və nəticədə bankın lisenziyasının ləğvinə qərar verilməsinin artıq ən üst qurumlarda qərara alındığı söylənilir. “İpoteka fondunun və SKMF fondunun çirkli pullarının yuyulması və bu fondlarla əlbir olub əhalini talanması “GəncəBank” ASC-də ənənəyə çevrilib” deyən mənbəmiz bildirdi ki, əslində bu proses çoxdandır dövlətin müvafiq qurumlarının da diqqətini cəlb edib:

“Bankın İdarə Heyətinin Sədrinin və digər məsul şəxslərin həbsi qaçılmazdır. Hərbçilərin ağır maddi durumundan istifadə edən “GəncaBank” rəhbərliyi ipoteka kreditlərini onlara ağır şərtlərlə təqdim edir, "şapka" alınması açıq həyata keçirilir”.

Redaksiyamıza verilən məlumata görə müştərilərdə bu neqativ halları sübut edən video çəkilişlər və səs yazıları var. Rüşvət alınması prosesində iştirak edən bankın məsul şəxsləri bütün söhbətlərdə birmənalı olaraq bankın səhmdarı Pərvanə Novruzovanın adını çəkir və bütün pulların ona getdiyini vurğulayırlar. Dövlət fondları ilə cinayətkar işbirliyinə girən bankın İsmət Abbasovla əlaqəsi olduğu bildirilir. Cavid Qurbanovun havadarlıq etdiyi bank yaxşı günlərini yaşamır, maliyyə problemini həll edə bilməyən bank iflas həddini keçib. Yaxın günlərdə banka pullarını geri almaq istəyən əmanətmilərin axını müşahidə ediləcək, əhali bankdan pulunu vaxtında çəksə uduzmayacaq. Bankda fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti aidiyyatı orqanlar tərəfindən nəzarətdə saxlanılır.

Geri qayıt