Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOV EHTİYAT TƏDBİRİNƏ ƏL ATMAZ ZORUNDA

İSMƏT ABBASOV EHTİYAT TƏDBİRİNƏ ƏL ATMAZ ZORUNDA


25-05-2013, 08:29
İSMƏT ABBASOV EHTİYAT TƏDBİRİNƏ ƏL ATMAZ ZORUNDA
KTN-NİN KREDİT MAXİNASİYASI İFŞA OLUNDUĞUNDAN YENİ PLAN İŞƏ DÜŞÜB

DİA.AZ: - Redaksiyamıza Kənd Təsərrüfatı Naziri İsmət Abbasovun rəhbərliyi altında cərəyan edən bir sıra yeyinti faktları ilə bağlı məlumatlar daxil olub. Söhbət nazir tərəfindən özəlləşdirilən kredit təşkilatının izini itirilməsilə bağlıdır.

Xatırladaq ki, keçən günlərdə Kredit İttifaqının rəhbəri olaraq İsmət Abbasovun yaxın adamı sayılan “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (İKA) Baş Direktoru Arif Əliyevin sözügedən qurumda hansı maxinasiyaları həyata keçirməsi barədə məlumat vermişdik. Məlumatda bildirmişdik ki, bu quruma həvalə olunan Hökumətin zəmanəti ilə 18,8 milyon ABŞ dolları məbləğində Dünya Bankından alınan kreditlər istiqaməti üzrə çatdırılmayıb və eyni zamanda həmin bank olmayan təşkilat İsmət Abbasovun yaxınları tərəfindən qanunsuz olaraq özəlləşdirilib.

Görünür, KTN-şefi özəlləşdirdiyi təşkilat haqqında xəbərlərin gündəmə gəldiyindən ehtiyat edərək həmin bank olmayan təşkilatın - İKA-nın izini itirmək üçün onu Hökumət Evindən köçürmək, özəl təşkilat kimi yeni ofis kirayələyib gözdən uzağlaşdırmaq istəyir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan məlumat ötürülüb. Xəbərdə deyilir ki, nazir İKA-nı özəl təşkilat kimi Hökumət Evindən uzaqlaşdırmağa nail olarsa, bəs Hökumətin zəmanətində olan 18,8 milyon ABŞ dolları məbləgində vəsaiti harada gizlədəcək?

Daha sonra mənbə bildirir: “Eyni zamanda, yeni aqrar bankın yaradılması fikrinə düşən Nazir bu ideyanın fermerlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edir. Kredit ittifaqlarının (fermerlərin) təsisçisi olduğu bank olmayan kredit təşkilatını özəlləşdirib ələ keçirən Nazir bu dəfə bankın yaradılmasını hansı sahiblkarlara tapşıracaq ki, bir neçə ildən sonra onu da özəlləşdirib şəxsi mülkiyyətinə çevirsin? Bəs incitdikləri, ziyana saldıqları və müflis etdikləri Kredit İttifaqlarının aqibəti necə olacaq?

Kasıb fermerləri yoxsul vəziyyətə salan Nazir bu dəfə bir az imkanlı fermerləri bank yaratmaq adıyla bir araya toplayıb onları müflis etmək, əllərində olan mülkiyyətlərini də ələ keçirmək niyyətindədir. Onu da qeyd edim ki, gecikən kreditləri yeni kreditlə bağlayan və bunun üçün də Kredit ittifaqlarından əlavə rüşvət yığıb onları daha da boyük problemlərə salan və sonradan onların özlərini məhkəməyə verib və məhkəmə prosesləri ilə üzləşdirən Arif Əliyev hələ də çirkin əməllərini davam edir və Hökümət evindən köçməklə Nazirlə birlikdə izini itirməyə səy göstərir”.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt