Əsas Səhifə > Güney Press / Manşet > İRAN İNDİ DƏ ŞEYXİN ARXASINDAN DANIŞIR

İRAN İNDİ DƏ ŞEYXİN ARXASINDAN DANIŞIR


23-05-2013, 11:19
İRAN İNDİ DƏ ŞEYXİN ARXASINDAN DANIŞIR
DİA.AZ: - Fars-molla rejimi ilə danışıqlar üçün Bakının göndərdiyi elçilər əliboş dönüblər. Bu, artıq faktdır. DİA.AZ bildirir ki, hətta İranda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə müqayisədə bəh-bəhlə qarşılanan bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də Tehrandan əliboş dönüb. Elə buna görədir ki, artıq İran mediası Şeyxin şəxsinə belə ilişməyə başlayıblar.

Belə bir məluamtalrdan biri isə “AranNews” portalında yer alıb. Aşağıda təqdim edəcəyimiz materialdakı ironiyanı, həmçinin Şeyxə yönəlik təhdidi yəqin ki, sizlər də duyacaqsınız:

“Allahşükür Paşazadə İslam Şurası Məclisinin rəhbəri Əli Laricani ilə görüşündə deyib: “Azərbaycanda heç vaxt Quranı, ənənəvi İslamı təbliğ edənlərin problemi olmayıb. Problem ifratçılar ve ifratçılıqla bağlı olub ki, bu da dini yox, ayrı-ayrı qaranlıq maraqları təbliğ edənlərin günahından baş verib. Gərək heç kim cızığından çıxmasın”.

Azərbaycanlı şeyx bu sözləri elə bir halda deyir ki, hazırda ölkədə 200-ə yaxın islamçı hökumətin islamofobiya siyasətlərinə etiraz etdiklərinə görə həbsxana cəzası çəkirlər. İran jurnalistlərinin QMİ sədrindən sualı budur ki, siz məscidin sökülməsinə, hicabın qadağasına, fahişəliyin qanuniləşməsinə, televiziya kanallarından azanın səslənməsinin qadağasına, Aşura gününün tətil olmamasına, hökumətdə korrupsiyaya və bu qəbildən olan məsələlərə etiraz edənləri, ifratçı hesab edirsiniz?

Ümidvarıq ki, QMİ sədri İrandan qayıtmazdan öncə İranın azərilər yaşayan məntəqələrinin media fəallarının bu sualına aydın cavab verəcəkdir.

Qeyd edək ki, QMİ sədri Allaşükür Paşazadənin İrana səfəri və onun səmimi qarşılanması Azərbaycan Respublikasının daxildə və xaricdə yaşayan islamçılarının bərk etirazı ilə qarşılanıb.

Geri qayıt