Əsas Səhifə > Gündəm, Manşet > LAÇININ KEŞMİŞ BAŞÇISINDAN ŞİKAYƏT DAVAM EDİR
LAÇININ KEŞMİŞ BAŞÇISINDAN ŞİKAYƏT DAVAM EDİR22-05-2013, 09:59 |
ÖZÜ GETSƏ DƏ, İZİ QALIB: RAYON SAKİNİ HAQQININ BƏRPASINI TƏLƏB EDİR DİA.AZ: - Redaksiyamıza Laçın rayon sakini Müqabil Baxışov tərəfindən şikayət məktubu göndərilib. DİA.AZ olaraq narazı vətəndaşın giley-güzarını diqqətinizə təqdim edirik: “Laçın rayon İH-nin sabiq başçısı R.Cəbrayılovun korrupsiya xəstəliyinə yoluxması barədə dövlət orqanlarına və KİV-lərə müraciət etdiyim üçün 2012-ci ilin iyun ayının 18-də Ağcabədi rayon Polis Şöbəsi sifariş əsasında məni həbs etdi. Belə ki, R.Cəbrayılov yaxın dostu və qohumu Ağcabədi rayon İH-nin başçısı Ş.Məmmədovun köməkliyi il Aqroİnvest Kredit İttifaqının Ağcabədi rayon filialının müdiri V.Mehdiyevi üzümə durmağa məcbur edərək həbsimə nail oldu. Çox acınacaqlı haldır ki, Ağcabədi RPŞ-nın müstəntiqi Y.İsgəndərov aldığı sifarişi can-başla yerinə yetirərək istintaq zamanı ciddi qanun pozunularına yol verdi. Lakin həbsdə olsam da, hesab edirdim ki, polis şöbəsində qanunsuzluqlara yol verilsə də məhkəmə prosesi zamanı əsl həqiqət öz yerini tapacaq. Təssüf hissiylə qeyd etmək istəyirəm ki, Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadov bütün əmlakımızı dolayı yolla əlimizdən aldıqdan sora barəmdə ədalətsiz qərar çıxarması dövlətimizə və hökumətimizə olan inamımı sarsıtdı. Mən bütün dölət orqanlarına ərizə ilə müraciət etdim ki, Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadov atam Baxışov Baxışdan azadlığa buraxılmaqımın qarşılığında bütün əmlakımızı rüşvət qismində alıb. Yenə də heç bir dövlət orqanı bu müraciətimə əhəmiyyət vermədi. Cənab prezidentimiz İ.Əliyevin 12 fevral tarixində keçirdiyi müşavirədəki nitqindən sonra atamdan alınmış pulun yarısını bizə qaytarsalar da, aidiyyatı orqanların bu faktın öz təsdiqini tapmamağı barədə bizə cavab verməsi məni çox təssüfləndirir. 21 may 2013-cü il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanova ili Laçınlı köçkünlərin məskunlaşdığı "Taxta Körpü" qəsəbəsində görüşə bildim. Təssüf ki, Elmira xanım Süleymanova pozulmuş hüquqlarımın bərpa olunmasına köməklik olunmasının Ombudsman aparatının səlahiyyətlərinə aid olmadığını bildirdi. Həqiqətən də hara və kimə müraciət edəcəyimi bilmirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilir ki, dövlət irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər birliklərə münasibətindən asılı olmayaraq, hər kəsin hüquq və azdlıqlarının bərabərliyinə təminat verir. Hörmətli DİA.AZ sizin vasitənizlə bütün aidiyyatı dövlət orqanlarından və Azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkilindən soruşmaq istəyirəm mən bu respublikanın vətəndaşı deyiləmi?” Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |