Əsas Səhifə > Güney Press / Manşet > FHN ŞEFİNƏ QARŞI ŞOK İTTİHAM YAĞIŞI
FHN ŞEFİNƏ QARŞI ŞOK İTTİHAM YAĞIŞI21-05-2013, 17:32 |
![]() DİA.AZ: - В«Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarları cəzalandırmaqla məşğuldur. Son vaxtlar inşaat sahəsindəki durğunluğun, böhranın da səbəbkarı elə Kəmaləddin Heydərovdur. O, bir mafiya yaradıb və bu mafiyanın təzyiqləri səbəbindən bu gün iş adamları müflisləşir, müştərilər qarşısında borclanır, sonra da ya ölkədən qaçmalı olur, ya da həbsə atılırВ». Bu şok açıqlamanı DİA.AZ-a adının çəkilməsini istəməyən bir sahibkar yaxını verib. Mənbə iddia edir ki, FHN şefinin inşaat sektorunda ciddi basqıları bu gün vətəndaşlarla şirkətləri üz-üzə qoyur: В«Nəticədə narazı qalan sakinlər Prezident Administrasiyasına yürüş edir. Sanki bunu Kəmaləddin Heydərov istəyir. Mənim qardaşım da bu oyunların qurbanı olaraq həbs edilib. Amma mən susmayacam və yaxın günlərdə öz adımla ortaya çıxıb elə faktları açıqlayacam ki, ya bu ölkədə Kəmaləddin Heydərov qalacaq, ya da mənВ». Daha sonra mənbə bildirdi ki, o, qardaşının azadlığa çıxa bilməsi üçün çalışır: В«İstənilən halda Kəmaləddin Heydərovun inşaat firmalarını necə çökdürməsini açıqlayacam. Bu, dövlət adından edilən reketçilikdir. Hərəni bir yolla şantaj edirlər. Hətta müflisləşdirdikləri iş adamının yerinə başqalarını cəlb edərək onları da problemə salırlar. Məsələn, bu gün sahibi həbsxanada olan tikinti şirkətlərindən birinə kənardan bir rəhbər gətirilib. Onun da biznesi, zavodları var. Həmin adamı təhdid edirlər ki, zavodlarını əlindən alarıq. O da məcburdur ki, narazı salınmış müştəriləri yola versinВ». Onu da qeyd edək ki, məlumatı verən şəxs çox ilginc faktları yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracağını da vəd edib. Geri qayıt |