Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEV ÇƏTİN VƏZİYYƏTƏ SALINIB

MƏDƏT QULİYEV ÇƏTİN VƏZİYYƏTƏ SALINIB


21-05-2013, 16:32
MƏDƏT QULİYEV ÇƏTİN VƏZİYYƏTƏ SALINIB
DİA.AZ: - Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin başı cəncəldədir. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr məlumat verib. Qaynaq bildirir ki, xidmət rəisinə qarşı köklənən qüvvələr onun vəzifəsindən alınması üçün hakimiyyətin üst düzəyinə yanlış informasiyaları çatdırmaqdan belə çəkinmirlər.

Mənbənin söylədikləri: В«Bu yolla Mədət Quliyevin В«vurulmasınaВ» çalışırlar. Çünki zamanında Mədət Quliyev bir çoxu ilə ədavətdə olub. Və həmin qüvvələrdir ki, xidmət rəisinin görəvdən alınması üçün hərəkətə keçiblərВ».

Onu da qeyd edək ki, Mədət Quliyevə qarşı aparılan kampaniyanın arxasında keçmiş В«qorotdelВ» rəisi, hazırda Prezident Administrasiyası rəhbərinin köməkçisi postunu tutan Məhərrəm Əliyevin dayandığı da söylənilir. Onların ikincinin polis sistemində çalışdığı dönəmlərdən yola getmədikləri bildirilir. İndi isə Məhərrəm Əliyev əlinə düşən fürsətdən yararlanaraq rəqibindən qisas alır.

Geri qayıt