Əsas Səhifə > Gündəm, Manşet > SURƏT HÜSEYNOVU HANSI QÜVVƏLƏR AKTİVLƏŞDİRİR?

SURƏT HÜSEYNOVU HANSI QÜVVƏLƏR AKTİVLƏŞDİRİR?


21-05-2013, 10:35
SURƏT HÜSEYNOVU HANSI QÜVVƏLƏR AKTİVLƏŞDİRİR?
KEÇMİŞ BAŞ NAZİR GƏNCƏDƏ BİR NEÇƏ ZİYAFƏT MƏCLİSİ TƏŞKİL EDİB

DİA.AZ: - Mərhum eks-prezident Əbülfəz Elçibəyin iqtidardan devrilməsində müstəsna rol oynayan keçmiş zavod direktoru, keçmiş səhra komandiri, keçmiş baş nazir Surət Hüseynovun böyük siyasətə dönüşü haqqında məlumatlar verilsə də, hələ də bu istiqamətdə bir silkələnmə müşahidə olunmayıb. Amma olacaq…

Və DİA.AZ-a Gəncədən verilən informasiyalardan aydın olur ki, keçən həftənin şənbə günü Surət Hüseynovun adından Gəncənin bir neçə restoranında eyni vaxtda ziyafət təşkil olunub: «Hətta maraqlıdır ki, bu ziyafət barədə yerli polis heç sonradan da xəbər tutmayıb. Halbuki Surət Hüseynov kimi birisinin bütün hərəkət trayektoriyası nəzarətə alınmalı idi. Ən azından onun ruslarla keçmiş əlaqələri nədənindən».

Mənbəmiz iddia edir ki, Surət Hüseynovun adından təşkil olunan məclislərdə Gəncənin tanınmış simaları, nüfuzlu şəxsləri iştirak edib: «Amma onlar zaman-zaman bu hakimiyyət tərəfindən incidilənlər olub. İndi əllərində müəyyən imkanları qalsa da, proseslərdən kənardadırlar. Surət Hüseynov da görünür, onları bir araya yığmaqla, köhnələri işə salmağı düşünür».

Mənbəmiz bildirdi ki, konkret olaraq məclislərin təşkil olunma nədən ləri açıqlanmayıb: «elə məclisdə oturanlara da deyilib ki, Surət Hüseynov 28 May Respublika Günü münasibətilə qonaqlıq verir. Halbuki həmin gün Laçının işğal günü idi».

Gəncədəki qaynaq onu da əlavə edib ki, məclisə toplaşanlar qarşıdan gələn seçkilərlə bağlı da danışıblar: «Amma Surət Hüseynovun adından sadəcə olaraq salam alan məclis iştirakçıları konkret mövqe ortaya qoymayıblar. Ola bilsin ki, bütün bunlar nəyəsə tədarükdür. Çünki bu gün boşundan kimsə kimsəyə 100 qram araq da almır»…

Geri qayıt