Əsas Səhifə > Sosial, Manşet > ƏLİ HƏSƏNOV JURNALİSTLƏRİN EVLƏRİNİ PAYLAYIB

ƏLİ HƏSƏNOV JURNALİSTLƏRİN EVLƏRİNİ PAYLAYIB


21-05-2013, 10:14
ƏLİ HƏSƏNOV JURNALİSTLƏRİN EVLƏRİNİ PAYLAYIB
BİABIRÇILIQ: ARTIQ İNDİDƏN KİMLƏRƏ EVİN VERİLƏCƏYİ MƏLUMDUR…

DİA.AZ: - Məlum olduğu kimi, prezidentin göstərişi ilə jurnalistlər üçün Bibiheybət qəsəbəsi ərazisində 157 mənzildən ibarət yeni yaşayış binası inşa olunub və hazırda təmir işləri həyata keçirilən bu binanın sentyabr ayına təhvil verilməsi gözlənilir. Doğrudur, ortada həm də 22 iyun - Milli Mətbuat Günü ərəfəsinə yetişmə niyyəti də var. Amma əsas olanı bu deyil…

DİA.AZ ki, bu gün mənzil problemi olan xeyli sayda jurnalist var. Lakin hələ də evlərin hansı prinsip və əsaslarla veriləcəyi məlum olmadığından hətta bu prosesin özündəki anlaşılmazlığı belə tənqid cəsarətsizliyi müşahidə olunmaqdadır. Yəni KİV-lər bu barədə susurlar, ona görə susurlar ki, bəri başdan «evi paylayanlarla» münasibətlərini korlayıb, «Vəli aşından» da məhrum olmaq istəmirlər. Amma əsas olaraq qaynayanı bu gün «Əli aşıdır»…

Söhbət hələ də mediada kifayət qədər böyük güc hesab olunan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan gedir. Onun mətbuatda hansı gücə və qüdrətə malik olması barədə yetərincə yazılıb. Daha dəqiqi, yazmışıq. Və bu gün DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, jurnalistlərin qarşısında bir neçə gün əvvəl açıqlama verərək evlərin paylanılması prosesinin şəffaf olacağı haqda vəd verən Əli Həsənov heç də bağlı qapılar arxasında eyni mərama xidmət etmir.

Məlumatlı mənbənin bildirdiyinə görə, artıq hansı jurnalistlərin evlə təmin ediləcəyi haqda bir neçə siyahı tərtib olunub. Mənbənin söylədikləri: «Ən dəhşətli orasıdır ki, normal mətbuatda aparıcı KİV-ləri nəzərə almaqla, öz niyyətlərini həyata keçirmə məqsədi aşkar surətdə güdülür. Yəni tanınmış KİV-lərə bir-iki ev verib, onların susdurulması fonunda yerdə qalan mənzilləri istədikləri şəxslər arasında bölüşdürəcəklər. Hətta jurnalistlərin binasından ev ala bilməsi üçün rüşvət verənlərin, rüşvət alanların da xəbəri kifayət qədər ictimailəşib».

Mənbəmiz əlavə etdi ki, bu proses həm də Əli Həsənovun dövlət qayğısından öz maraqları naminə sui-istifadəsinin təzahürüdür: «Təbii ki, hələ yekun qərar verilməyib və bu prosesin altına prezident öz imzasını basmalıdır. Amma ilkin görünəni odur ki, Əli Həsənov bu gün barındırdığı mətbuatda bir neçə ildir «propiska» etdirdiyi adamlarını evlə təmin etməklə, məlum prosesi ötüşdürmək niyyətindədir».

Geri qayıt