Əsas Səhifə > Hadisə > BAKIDA POLİS İŞÇİLƏRİ AĞIR QƏZAYA UĞRADI
BAKIDA POLİS İŞÇİLƏRİ AĞIR QƏZAYA UĞRADI21-05-2013, 09:49 |
Bakının Xətai rayonu ərazisində polis əməkdaşları ağır yol qəzasına düşüblər. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən saat 20 radələrində Çevik Polis Alayının əməkdaşı olan 27 yaşlı Tofiq Qasımov idarə etdiyi “Opel” markalı avtomobili Nobel prospektində dəmir qurğuya vurub. Nəticədə sürücü və maşında olan polislər – 23 yaşlı Vüqar Rzayev, Babək Nəcəfov və Fərhad Məmmədov ağır xəsarət alıblar. Yaralılar Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər. Geri qayıt |