Əsas Səhifə > Gündəm, Manşet > MOLLA REJİMİ QARABAĞ İTKİMİZLƏ MANİPULYASİYA EDİR
MOLLA REJİMİ QARABAĞ İTKİMİZLƏ MANİPULYASİYA EDİR21-05-2013, 09:20 |
ERMƏNİSTANI BƏSLƏYƏN FARS MİLLƏTÇİLƏRİ GÖRÜN, BİZƏ NƏYİ İRAD TUTUR? DİA.AZ: - Şeyxin də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev kimi İranda heç bir anlaşmaya gələ bilməməsi barədə artıq oturuşmuş qənaətlər mövcuddur. Elə buna görədir ki, hətta Allahşükür Paşazadənin İranı tərk etməsini gözləmədən bu səfərləri «Rəsmi Bakının seçkilər ərəfəsində İrana işi düşüb» şəklində yorumlayan İran mətbuatı hətta aşağılayıcı ifadələrin belə yer aldığı silsilə materiallarını ictimailəşdirdilər. DİA.AZ bildirir ki, əslində bu, gözlənilən idi də. Çünki artıq Tehranda da yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərində müsbətə dönüşüm imkansızdır. Yəni farslar da dərk edir ki, onların Azərbaycanın böyük bir hissəsi işğal altında saxlamaları fonunda kimsə Bakıdan üzlərinə səmimi şəkildə gülməyəcək. Və biz də yaxşı başa düşürük ki, bu gün fars-molla rejiminin diş ağartmasının diş qıcamasına çevrilməsi ani bir işdir və bu diş ağartmasının arxasında dayanan səmimiyyətin adı elə diş qıcamasıdır. Odur ki, hər birimiz artıq İrandan gələn basqılar məsələsində ümummilli immunitetə də malikik. Yəni normal qəbul edirik ki, fars-molla mətbuatında Azərbaycan əleyhinə yazılar hər gün ola bilər. Necə ki «AranNews» portalında Azərbaycanın Qarabağ, Laçın itkisinə verilən reaksiyada sanki elə bir təəssürat yaradılmağa çalışırlar ki, mola rejimi itirilmiş Azərbaycan torpaqlarının bizdən daha çox təəssübünü çəkir. Və bir Azərbaycan türkünün İranda öz otelini «Laçın» adlandırması faktından istifadə edərək, Azərbaycan əleyhinə ənənəvi kampaniyasını davam etdirir. Amma boş yerə. Çünki, cənab acayilər, biz sizi yaxşı tanıyırıq və yaxşı bilirik ki, siz Qarabağın Azərbaycanda olmasını heç bir zaman istəməzsiniz. İstəsəydiniz hətta xristian Gürcüstanın belə zaman-zaman dəstək verdiyi Ermənistanın blokadasının yarılmasında yeganə nəfəslik rolunu oynamazdınız…. Beləliklə DİA.AZ olaraq «arannyus»dakı növbəti mola manipulyasiyasını diqqətinizə təqdim edirik… «Laçının işğalından artıq 21 il ötür. 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 124 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Laçının işğalından indiyə kimi bu şəhərdən köçkün düşmüş əhalisindən əlavə başqaları da bu şəhərin azad olunmasının intizarını çəkirlər. Bu arada iranlılar daha artıq əziz Qarabağın və Laçının azad olunmasının və onun əhalisinin qəm-qüssəsinin sona çatmasının intizarındadır. O iranlılardan biri də Səməd Nəvididir. Səməd, İran İslam Respublikasının Qeşm adasında öz hotelinin adını bu şəhərin şərəfinə olaraq “Laçın Hoteli” adlandırıb. İranlılar neçə illərdir ki, bu qısa və əhəmiyyətli xəbərin intizarındadırlar: “Qarabağ azad olundu”. Sözsüz ki, bu xəbər Xürrəmşəhrin azad olunması xoş xatirəli və unudulmaz xəbərini bir daha onlara xatırladacaq. Görəsən, Azərbaycanın dövlət rəsmiləri də İranın Qeşm adasının sakini kimi Laçının azadlığı üçün təşəbbüs göstərirlərmi?» Geri qayıt |