Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV İBRAHİMBƏYOVU NECƏ MÜDAFİƏ EDİR?
RAMİZ MEHDİYEV İBRAHİMBƏYOVU NECƏ MÜDAFİƏ EDİR?20-05-2013, 18:02 |
KREMLDƏN SEÇKİQABAĞI DÖNƏMDƏ AZƏRBAYCANI QARIŞDIRMA TƏLİMATI DİA.AZ: - Sseçkilər yaxınlaşdıqca ölkədə vəziyyət də gərginləşir. Bunu elə İrana ard-arda göndərilən missiyanın həyəcanlı gedişlərindən də anlamaq mümkündür. Rəsmi Bakının stabillik istəyi, seçkiləri rahat şəkildə yola vermək marağı aşkar surətdə duyulmaqdadır. Amma təbii ki, ölkədə qarışıqlıq salmaq marağında olan kifayət qədər qüvvələr var ki, onların heç də hamısı ölkə xaricində deyil. Burada söhbət ayrı-ayrı kənar qüvvələrin təsirilə siyasi mühiti qarışdırmağı qəsd edən qüvvələrdən gedir. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, konkret olaraq rusiyayanlı iqtidariçi güclər bu seçki ilində xüsusi olaraq fəllaşıblar: «Əslində bütün bunlar Rusiyanın Azərbaycandakı bir nömrəli adamı kimi tanınan Ramiz Mehdiyevə dəstək kimi görünə də bilər. Lakin Ramiz Mehdiyev Rusiyanın maraqlarının fövqündə deyil. Yəni məsələ onun naminə yox, Rusiyanın Azərbaycandakı maraqları naminədir. Elə buna görə də Rusiya bu gün iqtidar daxilindəki bütün güclərinə Azərbaycanın siyasi mühitində qarışıqlığın yaradılması barədə təlimat verib». Mənbəmiz burada maraqlı bir məqamı da açıqladı: «Diqqət yetirin. Bu gün eyni zamanda Rusiya Azərbaycanın üzərinə Rüstəm İbrahimbəyov və «Milyarderlər İttifaqı» cəbhələrindən də yeriməkdədir. Və bu qurumlara qarşı Ramiz Mehdiyev xətti daxildə mübarizə aparırmış kimi davranır. Kimlər üçünsə anlaşılmaz şərait yarana bilər. Amma normalda başqa hansı reaksiyalar verilə bilər ki? Yəni kim gözləyir ki, Ramiz Mehdiyev Rüstəm İbrahəimbəyovu bütün camaatın qarşısında alqışlayacaq? Hətta qarışıqlıq salma marağında belə, həbs olunan rusiyayanlılar yox, yalnız Qərbin və İranın nəzarətində olan alternativ düşərgə mənsublarıdır. Rusiyayanlı müxalifətə qarşı isə ən sərt addımları onların ofislərindən çıxarılmaları olub. Məsələ bu qədərdir». Geri qayıt |