Əsas Səhifə > Güney Press / Manşet > İSMƏT ABBASOV ƏN ÇƏTİN GÜNLƏRİNİ YAŞAYIR

İSMƏT ABBASOV ƏN ÇƏTİN GÜNLƏRİNİ YAŞAYIR


20-05-2013, 16:03
İSMƏT ABBASOV ƏN ÇƏTİN GÜNLƏRİNİ YAŞAYIR
DİA.AZ: - Az əvvəl iki rayonun icra başçısının ciddi şəkildə xəbərdarlıq alması barədə məlumat vermişdik. İndi isə redaksiyamıza icra başçılarından biri ilə bağlı ilginc fakt ötürülüb. Nazirlər Kabinetindəki mötəbər mənbə DİA.AZ-a bildirib ki, icra başçıları ilə yanaşı, bir sıra dövlət qurumlarının rəhbərliyi də xəbərdarlıq alıb. Onlar isə işlərində yol verdikləri nöqsanla bağlı.

Mənbənin söylədikləri: В«Dünya Bankının Bakıda olan ekspertləri kənd təsərrüfatına ayrılan kreditlərin xərclənməsilə əlaqədar təftiş həyata keçiriblər. Təftiş nəticəsində məlum olub ki, əslində az faizlə fermer təsərrüfatlarına, birliklərinə kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan kredit vəsaiti təyinatı üzərə xərclənməməklə yanaşı, böyük məbləğdə pullar mənimsənilibВ».

Xatırladaq ki, kənd təsərrüfatı nazirliyinin icraçı kredit təşkilatının xətti ilə külli miqdarda pulun mənimsənilməsi və rüşvətlə kreditlərin verilməsi haqda məlumatları davamlı olaraq diqqətinizə çatdırmışdıq. İndi isə bu məsələ, necə deyərlər, qlobal xarakter alıb.

Mənbəmiz bildirir ki, DB ekspertlərinin təftişinin nəticələri rəsmi Bakıya da təqdim olunub ki, bu da kənd təsərrüfatı naziri İsmət Abbasova şok zərbə effektini daşıyıb: В«Əslində, bu məsələnin xeyli əvvəldən ictimailəşməsi KTN şefinin müəyyən ehtiyat tədbirlərinə əl atması ilə müşaiyət olunmuşdu. Amma bu halda belə DB ekspertləri kifayət qədər açıqlar aşkar ediblər. Və nəticədə İsmət Abbasova görə rəsmi Bakıya olan etimad yükü xeyli dərəcədə aşağı düşübВ».

Mənbəmiz onu da əlavə etdi ki, hələlik bu olayların hansı sonluqla bitəcəyi məlum deyil: В«Amma İsmət Abbasovun yaxın vaxtlarda istefa məsələsinin gündəmə daşınması qaçılmazdırВ».

Geri qayıt