Əsas Səhifə > Cəmiyyət > TAĞI ƏHMƏDOV MITİŞİ İLƏ DANIŞIQLAR APARIR

TAĞI ƏHMƏDOV MITİŞİ İLƏ DANIŞIQLAR APARIR


12-12-2011, 11:19
TAĞI ƏHMƏDOV MITİŞİ İLƏ DANIŞIQLAR APARIR

3 STANSİYANIN DA ADI DƏYİŞƏCƏK

Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasının adı stansiyada yenidənqurma işləri başa çatdıqdan sonra dəyişdirilə bilər.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov verib. Onun sözlərinə görə, stansiyanın yeni adı ilə bağlı bir neçə təklif irəli sürülüb. “Konkret olaraq hansı təklifin qəbul olunacağı barədə qərarı Nazirlər Kabinetinin müvafiq komissiyası qəbul edəcək. Bundan başqa metronun “İnşaatçılar” və “Ulduz” stansiyalarının adlarının dəyişdirilməsi ilə bağlı da təkliflər var”.

Tağı Əhmədov “Məşədi Əzizbəyov” stansiyasında yenidənqurma işlərinin dekabrın sonunadək yekunlaşacağını deyib. O, gələn ilin sonlarında Bakı Metropolitenində istifadə üçün yeni vaqonların alınmasının nəzərdə tutulduğunu bildirib: “Bununla bağlı Mıtişi zavodu ilə danışıqlar aparılır. Yeni tip vaqonlar “Avtovağzal-Memar Əcəmi” xəttinə buraxılacaq. Bu xəttin 2013-cü ildə istifadəyə verilməsi planlaşdırılır”.

Metropolitenin rəisi metroda gediş haqlarının artırılmasına da münasibət bildirib: “Qiymətlər Tarif Şurasının qərarı ilə artırılıb. Mən sadəcə icraçıyam. Mən qiymətlərlə bağlı Tarif Şurasına mütəmadi məlumat edirəm. Qiyməti qaldırıb-qaldırmamaq Tarif Şurasının işidir”.


Geri qayıt