Əsas Səhifə > Hadisə > BANKOMATI TALADI
BANKOMATI TALADI12-12-2011, 11:12 |
VƏ BİR GÜNÜN İÇİNDƏ YAXALANDI Azərbaycan paytaxtında “Dəmir Bank”a məxsus bankomat qarət edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə dekabrın 9-da Bülbül prospektində qeydə alınıb. Həmin ünvanda yerləşən “Dəmir Bank”a məxsus bankomatdan 54 min 075 manat və 18 min 100 ABŞ dolları naməlum şəraitdə oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 22-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məmməd Məmmədov dekabrın 10-da tutulub. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Geri qayıt |