Əsas Səhifə > Gündəm, Manşet > ELDAR HƏSƏNOVUN DÖNÜŞ ARZUSU NİYƏ ALINMIR?

ELDAR HƏSƏNOVUN DÖNÜŞ ARZUSU NİYƏ ALINMIR?


18-05-2013, 11:09
ELDAR HƏSƏNOVUN DÖNÜŞ ARZUSU NİYƏ ALINMIR?
KEÇMİŞ BAŞ PROKURORUN QARŞISINDA BİR NÖMRƏLİ MANEƏ PA ŞEFİDİR

DİA.AZ: - Bir müddət əvvəl Bakıya dönmək istəyən keçmiş baş prokuror Eldar Həsənovun arzusu müəyyən qədər gerçəkləşdi. Belə ki, bir neçə Şərqi Avropa ölkəsində diplomatik missiyası davam etdirilən Eldar Həsənov yalnız Rumıniyadakı səfir postundan geri alındı. Amma yaxın günlərdə onun birdəfəlik olaraq diplomatik səlahiyyətlərinin əlindən alınacağı haqda xəbərlər var və mətbuatda yer alan xəbərlərdə qeyd olunur ki, ona Bakıda vəzifə verilə bilər.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində bu işin düyünə düşməsi səbəbsiz deyil: «Təbii ki, Eldar Həsənovu Bakıdan uzaqlaşdıranlar bu gün onun Bakıya dönüşünü əngəlləməyə çalışırlar. Söhbətin kimdən getməsini təxmin etmək o qədər də çətin deyil».

Mənbəmiz bildirir ki, zaman-zaman mərhum prezident Heydər Əliyevin keçmiş komandasını pərən-pərən salan Prezident Administrasiyasnın rəhbəri Ramiz Mehdiyev bu gün Eldar Həsənovun Bakıya dönüşünü əngəlləyən bir nömrəli fiqurdur:

«Ramiz Mehdiyev Əli İnsanov, Fərhad Əliyev kimi fiqurları həbsə yolladı, Əli Nağıyev, Namiq Abbasov, Eldar Həsənov və digər bu kimi iqtidar avtoritetlərinə «sürgün» həyatı yaşatdı. Yəni fakt odur ki, PA şefi Heydər Əliyevin dövründə kifayət qədər ciddi hesab olunan əksər məmurlarla döyüşdən qalib ayrılmağı bacardı. Və indi də eyni səbəbdən Eldar Həsənovun Bakıya birdəfəlik dönüşü məhz PA şefinin iradəsi ilə əngəllənir».

Xatırladaq ki, bəzi qaynaqlar Eldar Həsənovun baş nazir, bəziləri isə elə Ramiz Mehdiyevin yerinə gətirilməsi ilə bağlı planların olduğunu söyləyirlər. Bu haqda Azərbaycan mətbuatında kifayət qədər informasiyalar yer alıb.

Geri qayıt