Əsas Səhifə > Güney Press / Manşet > RUSİYA QƏRBİ AZƏRBAYCANLILARI TƏŞKİLATLANDIRIR?
RUSİYA QƏRBİ AZƏRBAYCANLILARI TƏŞKİLATLANDIRIR?17-05-2013, 17:50 |
![]() DİA.AZ: - Seçkiqabağı dönəmdə fəallaşması çoxdandır anons edilən Qərbi Azərbaycanlılar yeni təşkilat yaratma barədə qərur veriblər. Bu barədə DİA.AZ-a xəbəri verən təşkilatın qurucularından biri İlyas Əliyevin sözlərinə görə, hələlik onlar Rusiya paytaxtında təşkilatlarını elan etməyə hazırlaşırlar. İlyas Əliyevin bildirdiyinə görə, o 15 ildir ki, Rusiyada yaşayır və orta sahibkarlıqla məşğuldur: В«Qərbi Azərbaycandan didərgin düşən ailəmizin iki övladı - mən və böyük qardaşım birinci Qarabağ savaşında iştirak etmişik. Müharibədən sonra isə Rusiyaya köç edib, burada biznesimi qurmuşam və bütün azərbaycanlılarla həm işgüzar və həm də şəxsi münasibətlər saxlamışam. Seçkilər ərəfəsində biz də Qərbi Azərbaycanlılar olaraq biganə qala bilmədik və yeni təşkilat yaratmaq qərarına gəldikВ». Yeni təşkilatının adının В«Vahid AzərbaycanВ» olacağını bildirən İlyas Əliyev В«bu təşkilat Rusiya prezidenti Vladimir Putinin В«Yedinaya RossiyaВ» təşkilatının adından ilhamlanmayıb kiВ» sualımızın cavabında bunları söylədi: В«Təbii ki, biz Rusiya azərbaycanlıları olaraq Rusiya prezidentinə və Rusiyanın qanunlarına hörmətlə yanaşırıq. Amma ad oxşarlığı təsadüfidirВ». ![]() İlyas Əliyev son zamanlar Azərbaycana qarşı fəallıq edən В«Milyarderlər İttifaqıВ» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə də hər hansı əlaqələrinin olmadığını bildirdi: В«Mənim Söyün Sadıxovla şəxsi tanışlığım yoxdur. Amma tədbirlərin birində Abbas Abbasovla görüşmüşəmВ». Geri qayıt |