Əsas Səhifə > Güney Press / Manşet > ƏLİ İNSANOVUN HƏYATI TƏHLÜKƏ ALTINDADIR

ƏLİ İNSANOVUN HƏYATI TƏHLÜKƏ ALTINDADIR


17-05-2013, 16:36
ƏLİ İNSANOVUN HƏYATI TƏHLÜKƏ ALTINDADIR
DİA.AZ: - Redaksiyamıza hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri ilə bağlı məlumat daxil olub. Penitensiar xidmətdəki mənbələrin bildirdiyinə görə, həm əfv və həm də amnistiya prosesindən kənarda qalan Əli İnsanovun səhhətində ciddi problemlər yaranıb və hətta bu gün səhər saatlarında onun müayinəsi üçün cəzaçəkmə müəssisəsinə xüsusi həkim heyəti də dəvət olunub.

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, bel fıtığından əziyyət çəkən Əli İnsanov əslində xüsusi şəraitdə qalmalı olsa da, ona gərəkən müalicəvi şəraitin yaradılmaması və həm də yaz fəsli ilə əlaqədar ağrılarının baxımsızlıqdan daha da şiddətli xarakter alması keçmiş nazirin həyatını təhlükə altına atıb.

Mənbənin söylədikləri: В«Əgər bu gün Əli İnsanova həkim yardım etməsəydi, daha ağır nəticələr ola bilərdiВ».

Mənbə onu da əlavə edib ki, baş verənlərə В«yuxarılarВ» da operativ reaksiya verib və penitensiar xidmət rəhbərliyi davamlı olaraq bu barədə yuxarı instansiyaları məlumatlandırıb: В«Artıq keçmiş nazirin səhhəti yerinə gəlsə də, amma problem hələ də qalıbВ».

Geri qayıt