Əsas Səhifə > Partiya > RUSİYANIN DƏYİŞMƏSİ AZƏRBAYCANDAN YAN QAÇMAYACAQ

RUSİYANIN DƏYİŞMƏSİ AZƏRBAYCANDAN YAN QAÇMAYACAQ


11-12-2011, 13:03
RUSİYANIN DƏYİŞMƏSİ AZƏRBAYCANDAN YAN QAÇMAYACAQ

MÜSAVAT BAŞQANININ GÖZÜ MOSKVADADIR

Dekabrın 10-da Moskvada da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərində parlament seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Azərbaycanın siyasi dairələrində Rusiyada cərəyan edən proseslərə münasibət fərqlidir.

Müsavat başqanı İsa Qəmbər:

- Mən Rusiyada baş verənləri izləyirəm. Biz dekabrın 10-da İctimai Palata adından Rusiyada xalqın, cəmiyyətin azad seçkilər uğrunda mübarizəsinə dəstək verdiyimizi bəyan etdik.

Xalqın öz hüquqları uğrunda mübarizəyə qalxması, saxta seçkilərlə barışmayıb yeni seçki tələb etməsi həddən artıq önəmli bir hadisədir.

Artıq dünyada gedən azadlıq və demokratiya prosesləri cənubda İranı, şimalda Rusiyanı əhatə etməkdədir. Hesab edirəm ki, bu proseslər regiona və o cümlədən Azərbaycanda da gedən proseslərə öz təsirini göstərəcək.

Azərbaycan hakimiyyəti öz siyasətində Rusiyanın avtoritar rejiminə indeksləşdiyindən bu ölkədə baş verənlər Azərbaycanda da hakimiyyət dairələrinə ciddi təsir edəcək.


Geri qayıt