Əsas Səhifə > Cəmiyyət, Manşet > AMİP LİDERİNİN DOSTUNDAN PREZİDENTƏ ŞİKAYƏT

AMİP LİDERİNİN DOSTUNDAN PREZİDENTƏ ŞİKAYƏT


17-05-2013, 15:45
AMİP LİDERİNİN DOSTUNDAN PREZİDENTƏ ŞİKAYƏT
“QUBA” ASC-NİN SƏHMDARLARI ETİRAZ EDİR

DİA.AZ: - “Quba” Açıq Tipli Səhmdar Cəmiyyətinin mülkiyyətçiləri adından prezident İlham Əliyevə və bir sıra rəhbər şəxslərə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Bizim Sizə növbəti müraciətimizin əsas səbəbi bu günə kimi etdiyimiz müraciətlərin həll edilmədən qalması, cəzasızlıqdan daha da azğınlaşmış “Quba” Açıq Tipli Səhmdar Cəmiyyətinin hal-hazırki sədri, AMİP-nin lideri E.Məmmədovun məsləkdaşı Bakı şəhəri S.Vurğun küşəsi ev 1, mənzil 13-ün sakini Əliyev Arif Məmməd oğlunun özbaşınalıqları, vəzifəsindən sui - istifadə edərək ATSC-nin əmlakını sataraq külli məbləğdə sərmayəni mənimsəyərək quldurcasına həzmerabedən keçirməsi olmuşdur. Artıq əvvəllər A.Əliyevin korrupsioner əməlləri barədə müxtəlif yuxarı instansiyalara çoxsaylı müraciətlərimiz olmuşdur.

Möhtərəm cənab Prezident!

Müxtəlif instansiyalara, dövlət orqanlanna çoxsaylı müraciətlərimizə, A.Əliyevin korrupsioner əməlləri barədə tutarlı faktlara istinadən dürüst məlumatlarımıza baxmayaraq, A.Əliyev barədə heç bir ciddi tədbir görülməmiş, bu səbəbdən də A.Əliyev bəd əməllərinə son qoymamış, əksinə qanunsuz əməllərini hələ də davam etdirməkdədir. Bu korrupsionerin Səhmdar Cəmiyyətin sonuncunun zəhmətkeş, qanuni üzvlərinin halal əmlakını, səhmlərini mənimsəyərək satması, qeyri – qanuni yolla varlanması bir həqiqətdir ki, bunu qərəzsiz, obyektiv keçiriləcək araşdırma nəticəsində sübut etmək çətin deyil.

Belə ki, burada təkcə bizim hüquqlarımız pozulmayır, təkcə bizim əmlak - səhmlərimiz dələduzcasına A.Əliyev tərəfindən mənimsənilməyir, həm də bizim kimi 100-dən artıq səhmdarm hüququ kobudcasına A.Əliyev tərəfindən pozulmuş, səhmlərdən ibarət əmlakları quldurcasına mənimsənilmişdir.
AMİP LİDERİNİN DOSTUNDAN PREZİDENTƏ ŞİKAYƏT

Belə ki, ATSC-də avtomobillərin təmiri üçün inşa edilmiş "ModuP' adlanan, metaldan quraşdırılmış 30000 (otuz min) manat dəyərində təmir sexini 60000 (altmış min) manat dəyərində maрazalan, əlvan metaldan inşa edilmiş 20000 (iyirmi min) manat dəyərində anbarları, 20000 (iyirmi min) manat dəyərində iki mərtəbəli inzibati binanı, 70000 (yetmiş min) manat dəyərində 17 ədəd "Ekarus" markalı sərnişin avtomaşınlarını və yük qarajında olan 80000 (səksən min) manat dəyərində tikililəri və daşınar əmlakı talama yolu ilə mənimsəyərək bizə xüsusi ilə külli miqdarda zərər vurmuşdur.

ATSC-nin əsas səhm paketlərinin sahibləri olduğumuza baxmayaraq, Arif Əliyev və oğlu Kamran Əliyev bizim razılığımızı almamış, bizə məlumat verməmiş və saxta protokollar tərtib edərək, qanunsuz saxta alqı - satqı müqavilələri tərtib etməklə səhmdarlara məxsus mağazaları və yuxarıda sadalanan əmlakı sataraq əldə edilən pul vəsaitlərini mənimsəyib, bununla da mənə digər səhmdarlara külli miqdarda 280000 (iki yüz səksən min) manat zərər vurmuşlar”.

Qeyd edək ki, şikayət ərizəsini imzalayan Məmmədov Tahir Mövsüm oğlu və Cəbrayılov Həbib Əbülfəz oğlu baş verən qanunsuzluqlarla bağlı prezidentdən kömək istəyərək haqqlarının bərpasını tələb edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt