Əsas Səhifə > Cəmiyyət, Manşet > ELŞAD ABDULLAYEV BU DƏFƏ YERİ, GÖYÜ SİLKƏLƏYƏCƏK

ELŞAD ABDULLAYEV BU DƏFƏ YERİ, GÖYÜ SİLKƏLƏYƏCƏK


17-05-2013, 15:03
ELŞAD ABDULLAYEV BU DƏFƏ YERİ, GÖYÜ SİLKƏLƏYƏCƏK
KEÇMİŞ REKTOR ŞOK VİDEO YAYIR

DİA.AZ: - Hazırda Fransaya sığınan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev yeni qalmaqallı videoçəkiliş yaymağa hazırlaşır. Bu barədə DİA.AZ-a Elşad Abdullayevə yaxın olan qaynaqlardan məlumat ötürülüb.

Mənbə bildirir ki, bu dəfə keçmiş rektor çox səs-küy yarada biləcək faktları açıqlayacaq: «Hətta ola bilsin ki, video çəkilişin yaradacağı ajiotaj nəticəsində kimlərsə istefaya göndərilsin».

Mənbəmiz bildirdi ki, həmin videomaterial hal-hazırda tədarük olunur: «Üzərində işlənilir, səslər təmizlənir ki, daha aydın təəssürat yaransın. Və ola bilsin ki, sabaha tam hazır olsun».

Geri qayıt