Əsas Səhifə > Siyasət, Manşet > GORANBOYUN ŞEFİ QULAM ƏKBƏROVA GÜVƏNƏ BİLMİR

GORANBOYUN ŞEFİ QULAM ƏKBƏROVA GÜVƏNƏ BİLMİR


17-05-2013, 09:59
GORANBOYUN ŞEFİ QULAM ƏKBƏROVA GÜVƏNƏ BİLMİR
BAŞI ÖZÜNƏ QARIŞAN İŞ ADAMI ÜZƏRİNDƏKİ İTTİHAMLARI TƏMİZLƏMƏLİDİR

DİA.AZ: - Adı bir çox qalmaqallarda hallandırılan Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev artıq elə bir mərhələyə yetişib ki, tam müdafiəsiz qalıb. Elə buna görədir ki, onun məsələsinin ən yuxarı səviyyədə həll olunduğu söylənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlar xəbər ötürüb.

Bildirək ki, bir ara barəsində konkret olaraq şikayət məktublarını, onun narazı saldığı vətəndaşların giley-güzarını işıqlandıran mətbuatı hədəfə alan Nizaməddin Quliyevin hətta bu gün onun «xaç atası» hesab olunan mafioz xarakterli iş adamı Qulam Əkbərovun himayəsindən belə kənar qaldığı söylənilir. Çünki rəsmi mətbuatda da yer alan informasiyalarda qeyd olunur ki, Qulam Əkbərov Ukraynada Azərbaycan diasporasının tanınmış simalarından olan İqbal Mahmudovun sifarişli qətlində ittiham olunur və bu barədə konkret dəlillər ittiham aktında da yer alıb. Və belə bir şəraitdə Nizaməddin Quliyevin özünü qorumaq zorunda qalan Qulam Əkbərovdan mədət diləməsi gülünc bir hadisə olardı.

Məlumatlı mənbənin DİA.AZ-a söylədiklərindən aydın olur ki, Goranboyun icra başçısını artıq hesabat üçün Bakıya çağırıblar: «Bu məsələ bitib. Yəqin Bakıya çağrılma nədəni də onun bu günə qədər yığdıqlarının hesabatının aparılması ilə əlaqədardır».

Mənbə yaxın günlərdə Goranboyda rəhbər dəyişikliyinin rəsmiləşəcəyini də söylədi.

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt