Əsas Səhifə > Güney Press / Manşet > İCRA BAŞÇISI POLİS RƏİSİNİ NƏDƏN HƏDƏFƏ ALIB?
İCRA BAŞÇISI POLİS RƏİSİNİ NƏDƏN HƏDƏFƏ ALIB?16-05-2013, 16:17 |
![]() DİA.AZ: - Adı kifayət qədər kriminal olaylara qarışmış Salyan rayonunun icra hakimiyyətinin başçısı Tahir Kərimov son zamanlar rayon polis idarəsinin rəisinə qarşı bir kampaniya həyata keçirməkdədir. Bu ilginc və şok məlumatı DİA.AZ-a rayondakı qaynaqlar ötürüb. Xəbəri verən mənbə bildirir ki, uzun müddətdir əvvəlki polis rəisinə qarşı kampaniya aparan icra başçısı indi də bu ilin 16 fevral tarixində rəis təyin edilən Namiq Həsənovu hədəfə alıb. Xatırladaq ki, Namiq Həsənova qədər Salyan polis idarəsinə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov rəhbərlik edirdi və Tahir Kərimov uzun mübarizədən sonra nazirin qohumunu Salyandan uzaqlaşdırmağa müvəffəq oldu. Amma buna baxmayaraq, öz adamını rəis gətirə bilməyən başçı yenidən mübarizəyə başladı ki, bu dəfə də yeni polis rəisini qaramalı olub. Mənbəmiz bildirir ki, artıq bəzi KİV-lərə Salyanın polis rəisinə qarşı kompromat xarakterli materiallar ötürülüb. Geri qayıt |