Əsas Səhifə > Güney Press / Manşet > MİKAYIL CABBAROV ŞAHRZA ƏLİYEVİ İŞDƏN ÇIXARDI
MİKAYIL CABBAROV ŞAHRZA ƏLİYEVİ İŞDƏN ÇIXARDI16-05-2013, 14:24 |
![]() DİA.AZ: - Nəhayət ki, gözlənilən baş verdi. Artıq yeni təhsil naziri Mikayıl Cabbarovun kadr islahatlarına start verməsi barədə xəbərlər yayılıb. Bildirək ki, bu barədə DİA.AZ-a nazirlikdəki mötəbər mənbə xəbər ötürüb. Qaynağın bildirdiyinə görə, adı Elşad Abdullayevlə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin pul В«razborkasıВ»nda hallandırılan İlham Pirməmmədovun nazir müavini təyin edilməsindən sonra ona olan ümidləri suya gömmüş Mikayıl Cabbarov deyəsən, özü barəsində fikirləri dəyişməyə hazırlaşır və artıq ilk kadr islahatlarına start verib. Mənbənin söylədikləri: В«Artıq bu gün təhsil nazirliyinin şöbə müdiri Şahrza Əliyev vəzifəsindən azad edilib. Hələlik onun yerinə kimsə təyin olunmayıb. Və ya bu gün, ya da sabah həm Şahrza Əliyevin vəzifəsindən azad edilməsi barədə və həm də onun yerinə təyinatla bağlı xəbər rəsmən yayılacaqВ». Mənbə onu da əlavə edib ki, Şahrza Əliyevlə yanaşı, nazirliyin daha iki əməkdaşı da vəzifəsindən uzaqlaşdırılıb. Onlarla bağlı da məlumat yaxın vaxtlarda elan olunacaq. Xatırladaq ki, Şahrza Əliyev mərhum yazıçığız Əli Kərimin oğlu Orxan Kərimovun güdaza verilməsində əsas fiqur kimi səciyyələndirilir. Geri qayıt |