Əsas Səhifə > Partiya, Manşet > RƏSUL QULYEV BAKIYA GƏLMƏK İSTƏYİR

RƏSUL QULYEV BAKIYA GƏLMƏK İSTƏYİR


10-12-2011, 16:29
RƏSUL QULYEV BAKIYA GƏLMƏK İSTƏYİR

BİR NEÇƏ GÜN ƏVVƏLKİ SƏRT AÇIQLAMALAR SƏBƏBSİZ DEYİLMİŞ

DİA.AZ: - ABŞ-da siyasi mühacir həyatı yaşayan, Açıq Cəmiyyət Partiyasının sədri, keçmiş spiker Rəsul Quliyev neçə müddətdir ki, fəallaşıb. Radikal açıqlamaları ilə yenidən mətbuatın episnetrində qərarlaşan ACP lideri hətta Azərbaycan hakimiyyətinə qarşı virtual müqavimət hərəkatı yaratdığını da bu günlərdə elan etdi.

İndi isə aydın olur ki, bunların heç biri səbəbsiz deyilmiş. Bu barədə redaksiyamızı hakimiyyətdəki qaynaqlarımız bilgiləndirib. Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) söylədiyinə görə, əslində Rəsul Quliyev Bakıya dönmək niyyətində olduğundan son ünlər aktivləşib: «Məlumdur ki, ACP lideri Rusiyanın adamıdır və onun ABŞ-da məskunlaşması daha çox şirmadır».

Qeyd edək ki, buna qədər də Rəsul Quliyevin Rusiyanın adamı olması barədə məlumatlar ictimailəşmişdi. Hətta bu barədə ABŞ Dövlət Departamentinin 2003-cü ilin aprel ayında açıqladığı sənəddə də xüsusi oolaraq vurğulanırdı. Həmin sənəddə bildirilirdi ki, ABŞ Dövlət Departamenti Heydər Əliyevdən başqa (o zamanlar mərhum sabiq prezident həyatda idi -red.) İlham Əliyevlə, AMİP lideri Etibar Məmmədovla, AXCP sədri Əli Kərimli ilə və Müsavat başqanı İsa Qəmbərlə əməkdaşlıqda maraqlıdır. Sənəddə xüsusi olaraq vurğulanırdı ki, Kremlin nəzarətində olan Rəsul Quliyev ABŞ-ın maraq dairəsində deyil.

Bunları xatırladan mənbəmizin sözlərinə görə, Rəsul Quliyev Rusiyanı azərbaycana qayıda bilməsi üçün araçı salıb: «Hələ də danışıqlar gedir. Buna qədər də bu mövzuda danışıqlar aparıldı. Nəticələri göz önündədir. Amma Rəsul Quliyevin dönüşü indiki halda mümkünsüz görünür. Çünki rəsmi Bakı bu məsələdə tamam fərqli qənaətdədir. Bundan əlavə, hələ də Fərhad Əliyev, Əli İnsanov və başqaları məhz Rəsul Quliyevlə birgə «dövlət çevrilişinə cəhd»də ittiham olunurlar və onların üzərlərindən bu ittiham qalxmayıb».


Geri qayıt