Əsas Səhifə > Hadisə > AĞABƏY ƏSGƏROVUN İDARƏSİNDƏN ABSURD BƏHANƏ
AĞABƏY ƏSGƏROVUN İDARƏSİNDƏN ABSURD BƏHANƏ10-12-2011, 16:14 |
“ASİ” NƏŞRİYYATIN PLANINDA YOX İMİŞ Prezident Administrasiyası yanında “Azərbaycan” Dövlət Nəşriyyatı bağlanmış “Xural” qəzetinin əməkdaşlarının təsis etdikləri “ASİ” qəzetini çap etməkdən imtina edib. Qəzetin baş redaktoru Anar Mahmudoğlu Turana bildirib ki, nəşriyyat “ASİ” qəzetinin çap edilməməsini plana salınmaması ilə əsaslandırır. Bir müddət əvvəl “EQ” özəl mətbəəsi qəzeti çap etməkdən imtina edib. Qeyri-rəsmi məlumatlara görə, mətbəəyə “yuxarılardan təzyiq göstərilib”. Noyabrın 19-da prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə “Xural” qəzetinin əmlakı müsadirə edildikdən və noyabrın 28-də “Yeni Azərbaycan” partiyasının deputatı Gülər Əhmədovanın zorla pul tələb etmək haqqında şikayəti əsasında qəzetin baş redaktoru Əvəz Zeynallı həbs edildikdən sonra qəzet bağlanıb. Oxucular “ASİ” qəzetinin yalnız bir nömrəsini gördülər, sonradan nəşriyyat onun dərcini dayandırdı, baş redaktor isə telefonla azyaşlı qızı ilə bağlı hədələr aldı. Anar Mahmudoğlunun təhdid edilməsini Nərimanov Rayon Polis İdarəsi araşdırır. Bu barədə Əvəz Zeynallının işi üzrə Jurnalistlərin Təhqiqat Qrupunun (Preventiv reaksiya qrupu) rəhbəri Əfqan Muxtarlı bildirib. Lakin, onun fikrincə, işə zəng olunan taksofonun yerləşdiyi ərazi üzrə Nərimanov rayonu 17-ci polis bölməsi baxmalıdır. “Biz polisə zəng olunan yerdəki müşahidə kameralarına birgə baxış keçirməyi təklif etdik, lakin baş müstəntiq Şəhriyar Əliyev rəhbərliklə məsləhətləşdikdən sonra bundan imtina edib”, deyə Muxtarlı bildirib. Müstəntiq həmçinin bildirib ki, müşahidə kamerasındakı qeydlər müvafiq instansiyaya yazılı müraciət əsasında götürülə bilər. Təhqiqat Qrupu taksafonun yerləşdiyi əraziyə baxış keçirib və zəng edən şəxsi qeydə alacaq bir neçə müşahidə kamerası olduğunu müəyyən edib. Qrup aparılan araşdırma çərçivəsində bu gün yenidən Nərimanov rayon polis idarəsinə baş çəkəcək. Geri qayıt |