Əsas Səhifə > Siyasət, Manşet > GƏDƏBƏYDƏ BAŞÇI SEÇKİQABAĞI TÖYCÜSÜ TOPLAYIR

GƏDƏBƏYDƏ BAŞÇI SEÇKİQABAĞI TÖYCÜSÜ TOPLAYIR


16-05-2013, 10:44
GƏDƏBƏYDƏ BAŞÇI SEÇKİQABAĞI TÖYCÜSÜ TOPLAYIR
RAMİZ YEDİYAROV BU YOLLA İQTİDARA DİVİDENT GƏTİRMƏYİ DÜŞÜNÜRSƏ…

DİA.AZ: - Redaksiyamıza Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bağlı ilginc məlumatlar daxil olub. Xatırladaq ki, bir neçə gün əvvəl başçının rayonda yanan bazarla bağlı yerli sahibkarlardan töycü yığması xəbəri yayıldı ki, bu da Gədəbəydə narazılıqların günbəgün artması təəssüratını yaratmış oldu.

DİA.AZ-a rayondakı qaynaqların verdiyi informasiyalardan isə aydın olur ki, Ramiz Yediyarov yenidən sahibkarlar arasında pultoplama kampaniyasına start verib və bu dəfə həmin pulun miqdarı eşişdənləri belə heyrətləndirib.

Mənbənin söylədikləri: «Hər bir sahibkar iyun ayının 1-nə qədər icra başçısına ən azından 5 min manat pul verməlidir. Elə sahibkar var ki, ondar 15 min manat pul istənilib. Doğrudur, pulyığma kampaniyası kütləvi olmasa da, rayonun sayseçmə iş adamlarının qarşısnda belə bir tələb qoyulub və bildirilib ki, əks halda, rayondakı biznesləri təhlükə altına düşmüş olacaq».

İcra başçısının eyni zamanda yerli idarə və müəssisə rəhbərlərindən də eyni qaydada böyük həcmdə pul tələb etdiyini söyləyən mənbəmiz bildirdi ki, Ramiz Yediyarov bu yolla qarşıdan gələn prezident seçkilərinə tədarük görür: «Yediyarov «yuxarılara» da söz verib ki, bu seçkilərdə müxalifətin namizədləri Gədəbəydən minimal səs alacaqlar. Və bu sözünə əməl edə bilməsi üçün seçki kampaniyası boyunca külli miqdarda pul xərcləməyi düşünən icra başçısı həmin vəsaiti öz hesabına yox, yerli məmur və iş adamlarının hesabına formalaşdırmağı da qət edib».

Mənbəmiz başçının bu planının olduqca uğursuz olduğunu da söylədi: «Çünki həm məmurların və həm də iş adamlarının əksəriyyəti narazılıq edir. Hətta bu günlərdə idarə müdirlərindən biri rayon mərkəzindəki çayxanada hamının gözü qarşısında «Ramiz bir də məndən pul istəsə, vəzifəmi də, möhürü də ona verib gedəcəm» deməklə narazı olduğunu nümayiş etdirib».

Geri qayıt